Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
Anthropic SpaceX-in ilkin IPO rekordunu keçdi — ümumi yerləşdirmə 107 milyard dolları ötüb“Claude” süni intellekt modelinin yaradıcısı Anthropic-in səhmlərinin ilkin kütləvi təklifinin (IPO) həcmi 81 milyard 300 milyon dollara çatıb. Şirkət bununla da SpaceX-in iyunda İPO-su zamanı qeydə alınmış 75 milyard dollarlıq ilkin yerləşdirmə rekordunu təxminən 6 milyard 300 milyon dollar və ya 8,4 faiz üstələyib.
Marja.az xəbər verir ki, Anthropic bir səhmin qiymətini 83 dollar müəyyən edib. Bu, əvvəl açıqlanmış 70–78 dollarlıq qiymət aralığının yuxarı həddindən 5 dollar və ya 6,4 faiz yüksəkdir. Təklif çərçivəsində satılan 980 milyon səhmin təxminən 956 milyon 400 mini şirkətin, 23 milyon 600 mini isə yeddi həmtəsisçinin payına düşüb.
SpaceX-in IPO-sunun yekun həcmi anderrayterlər əlavə səhm alışı hüququndan tam istifadə etdikdən sonra 85 milyard 700 milyon dollara çatmışdı. Rekord müqayisəsi hər iki şirkətin IPO-da ilkin təklif etdiyi səhmlərin dəyəri əsasında aparılır.
Özəl yerləşdirmənin həcmi 26 milyard dollar olub
IPO ilə yanaşı, Alphabet-in tərkibindəki Google, AMD və Microsoft-un da iştirak etdiyi 26 milyard dollarlıq özəl səhm yerləşdirməsi həyata keçirilib. Kütləvi təklif və özəl yerləşdirmənin ümumi həcmi 107 milyard 300 milyon dollara çatıb.
Bir səhm üçün müəyyən edilmiş 83 dollarlıq qiymət əsasında Anthropic-in bazar dəyəri təxminən 1 trilyon 500 milyard dollar hesablanıb. Bu hesablamada mövcud səhmlərlə yanaşı, səhm opsionları və məhdudiyyətli səhmlər də nəzərə alınıb.
Qeyd: Anthropic IPO ilə paralel olaraq Google, AMD və Microsoft-un da daxil olduğu bir qrup investora hər səhmə 83 dollar qiymətlə ümumilikdə 26 milyard dollarlıq səhm satıb: Bu o deməkdir ki, Anthropic birjada geniş investor kütləsinə təklif etdiyi səhmlərlə yanaşı, əvvəlcədən müəyyən edilmiş şirkətlərə də ayrıca səhm satıb. Bu alıcılar arasında Google, AMD və Microsoft da olub. Onlar səhmləri IPO-da müəyyən edilmiş qiymətlə, yəni hər səhmə 83 dollar ödəməklə alıblar. 26 milyard dollar həmin ayrıca satışın ümumi məbləğidir.
İnvestorların marağı süni intellekt modellərini hazırlayan şirkətlərə də yönəlir
Anthropic qabaqcıl süni intellekt modelləri hazırlayan iri şirkətlər arasında birjaya çıxan ilk şirkətdir. Yerləşdirmənin həcmi investorların çip istehsalçıları və infrastruktur təminatçıları ilə yanaşı, “Claude” kimi süni intellekt platformalarını hazırlayan şirkətlərə də maraq göstərdiyini ortaya qoyur. Bu alətlərin biznesdə, elmi araşdırmalarda, dövlət idarəçiliyində və səhiyyədə istifadəsinin genişlənməsi sektorun böyümə perspektivlərinə dair gözləntiləri dəstəkləyir.
IPO texnologiya səhmlərinin yüksək qiymətləndirmələr və artan infrastruktur xərcləri səbəbindən təzyiq altında olduğu dövrə təsadüf edib. Süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün tələb olunan böyük xərclər sektorun uzunmüddətli gəlirliliyi ilə bağlı müzakirələri gündəmdə saxlayır.
IPO süni intellekt səhmləri üçün sınaqdır
Anthropic-in birjaya çıxışı çip istehsalçıları və bulud xidməti təminatçılarının səhmlərinin təzyiq altında olduğu dövrə təsadüf edir. Yüksək bazar qiymətləndirmələri, süni intellekt infrastrukturuna çəkilən xərclərin artması və Nvidia-nın baş direktoru Jensen Huangın vəzifədən ayrılması investorların narahatlığını gücləndirib. Rəqabətin sərtləşməsi fonunda Anthropic-in sürətli artım tempini qoruyub-qoruya biləcəyi də diqqət mərkəzindədir.
IPO-da səhm ayrılmasını gözləyən Minotaur Capital-ın həmtəsisçisi və portfel meneceri Armina Rozenberqin fikrincə, yerləşdirmə investorların süni intellekt sektoruna marağını ölçməyə imkan verir. O hesab edir ki, sektorun biznes modelinin dayanıqlılığı barədə daha aydın mənzərə Anthropic maliyyə nəticələrini açıq şəkildə dərc etməyə başladıqdan sonra yaranacaq.
IPO-nun şərtləri açıqlandıqdan sonra ABŞ fond indekslərinin fyuçersləri yüksəlib, Asiya texnologiya şirkətlərinin səhmləri isə təzyiq altında qalıb. Anthropic-in Nasdaq-da uğurlu debütü birjaya çıxmağı planlaşdıran digər şirkətlərin qərarına da təsir göstərə bilər. Reuters-in məlumatına görə, Anthropic-in əsas rəqibi OpenAI 2027-ci ildə birjaya çıxmaq üçün addım ata bilər.
“Claude Code” gəlir artımını sürətləndirib
Anthropic-in sürətli böyüməsində “Claude” modellərinə, xüsusilə proqramçılar arasında populyarlaşan “Claude Code” alətinə tələbat mühüm rol oynayıb. IPO sənədlərinə görə, şirkətin cari gəlir tempi əsasında hesablanan illikləşdirilmiş gəlir göstəricisi oktyabrın 31-də 81 milyard dollara çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 10 milyard dollar və ya təxminən 14 faiz artım deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 d. əvvəl
-
18 d. əvvəl
Səhmlərin ilkin kütləvi təklifində (İPO) yeni rekord - 1 trilyon 500 milyard dollar bazar dəyər
-
30 d. əvvəl
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
-
13 saat əvvəl
Aİ komissarı: Rusiya gələn il Ukraynaya 20 milyon dron buraxmağı planlaşdırır
-
13 saat əvvəl
Uoller FED-i dekabrda faizi 0,5 faiz bəndi artırmağı nəzərdən keçirməyə çağırıb
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Rəsmi məzənnələr açıqlandı
“Claude”un yaradıcısı Anthropic 81 milyard dollarlıq IPO ilə SpaceX-in ilkin rekordunu keçdi
Almaniyada kütləvi ixtisarlar dərinləşir – Şirkətlər 200 mindən çox iş yerini ixtisar etməyi planlaşdırırlar
Ən çox oxunanlar
Hansı karqo şirkəti şikayətlərə daha tez cavab verir? - Karqo şirkətlərinin şikayət göstəriciləri açıqlandı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-ın “Böl-ödə” krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün ®
“İdeal Kredit”in xalis mənfəəti 2 dəfədən çox artıb
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
Sumqayıt Sənaye Parkında yeni şirkət - 60 milyon manata kağız istehsalı layihəsi həyata keçirəcək
Naxçıvanın yanacaqla təchizatı ilə bağlı SOCAR-dan açıqlama























