Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır

Mənfəəti iki dəfədən çox artan “İdeal Kredit” istiqrazla 5 milyon manat cəlb etməyi planlaşdırır. “İdeal Kredit”in kredit portfeli 47 faiz böyüyüb.
AzVak-mobil_resmin_ustu_31
Daha bir BOKT illik 15 faizlə 5 milyon manatlıq istiqraz buraxır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank olmayan kredit təşkilatı (BOKT) “İdeal Kredit” MMC ümumi nominal dəyəri 5 milyon manat olan istiqrazlar buraxır İstiqrazların illik kupon dərəcəsi 15 faiz, tədavül müddəti 5 il nəzərdə tutulub.

Marja.az təşkilatın baza emissiya prospektinə istinadən xəbər verir ki, buraxılış hər birinin nominal dəyəri 100 manat olan 50 min istiqrazı əhatə edir. Manatla buraxılacaq qiymətli kağızlar faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır. Cəlb ediləcək vəsaitin əsasən kredit portfelinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.

Reklam_3_11

Prospektin faiz ödənişlərinə dair bölmələrində kuponun hər 90 gündən bir ödənilməsi və bir istiqraz üzrə hər ödənişin 3 manat 75 qəpik təşkil etməsi göstərilib. İstiqrazın nominal dəyərinin sonuncu kuponla birlikdə ödənilməsi nəzərdə tutulur. Bununla yanaşı, prospektin təklif şərtlərinə dair 5.1.2-ci bəndində kupon ödənişi aylıq göstərilib. Yerləşdirmə tarixləri yekun şərtlərdə açıqlanacaq.

İstiqrazların Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə kütləvi təklif edilməsi nəzərdə tutulur. Prospektdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC öhdəlik götürmədən anderrayter, Milli Depozit Mərkəzi isə ödəniş agenti kimi göstərilib. İstiqrazlar üzrə təminat və kredit reytinqi yoxdur.

Yarımillik xalis mənfəət 2 dəfədən çox artıb

“İdeal Kredit” 2026-cı ilin yanvar–iyun aylarında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 863 min 820 manat olub. Beləliklə, xalis mənfəət 1 milyon 15 min 89 manat və ya 117,5 faiz artıb. Vergidən əvvəlki mənfəət 1 milyon 79 min 580 manatdan 2 milyon 348 min 636 manata yüksəlib.

2026-cı il iyunun 30-na təşkilatın aktivləri ötən ilin eyni tarixi ilə müqayisədə 9 milyon 189 min 753 manat və ya 42 faiz artaraq 31 milyon 62 min 703 manata çatıb. Kredit portfeli həmin dövrdə 9 milyon 831 min 633 manat və ya 47,3 faiz artımla 30 milyon 629 min 643 manat olub.

Cəmi öhdəliklər 5 milyon 133 min 970 manat və ya 37,5 faiz artaraq 18 milyon 831 min 488 manata, kapital isə 4 milyon 55 min 784 manat və ya 49,6 faiz artaraq 12 milyon 231 min 216 manata yüksəlib. Eyni dövrdə pul vəsaitləri 259 min 849 manat və ya 60,7 faiz azalaraq 167 min 951 manata enib. Yarımillik göstəricilər audit olunmayıb, qəpiklə verilən məbləğlər isə tam manata yuvarlaqlaşdırılıb.

“İdeal Kredit”in payçıları kimlərdir?
BOKT “İdeal Kredit” MMC-nin nizamnamə kapitalı 646 min 700 manatdır və iki payçı arasında bərabər bölünüb. Kapitalın 50 faizi Qubad Baxış oğlu Qubadova, digər 50 faizi isə Eldar Əvəz oğlu Hüseynova məxsusdur. Hər bir iştirakçı ümumi nominal dəyəri 323 min 350 manat olan 50 paya sahibdir.
Şirkətin ali idarəetmə orqanı iştirakçıların Ümumi Yığıncağıdır. Payçılar nizamnamə kapitalındakı iştirak paylarına mütənasib səs hüququna malikdirlər. Qubad Qubadov eyni zamanda “İdeal Kredit”in direktoru vəzifəsini icra edir və təşkilatın gündəlik fəaliyyətinə rəhbərlik edir.
Prospektə əsasən, 2026-cı il avqustun 31-nə “İdeal Kredit”in payçısı Eldar Hüseynov qarşısında 1 milyon 158 min 800 ABŞ dolları məbləğində faizsiz və müddətsiz borc öhdəliyi olub. Borcun manat ekvivalenti 1 milyon 969 min 960 manat təşkil edib ki, bu da həmin tarixdə təşkilatın ümumi öhdəliklərinin 9,9 faizinə bərabərdir.
İdeal Kredit İdeal Kredit BOKT İdeal Kredit istiqrazları İdeal Kredit emissiya prospekti 5 milyon manatlıq istiqraz buraxılışı illik 15 faizli istiqraz 100 manat nominal dəyər istiqraz kuponu təmin edilməmiş istiqrazlar Bakı Fond Birjası PAŞA Kapital İdeal Kredit xalis mənfəəti İdeal Kredit kredit portfeli
18.11.2026 15:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19