970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Aparıcı bank qızılın qiymətinin 3600 dollara düşəcəyini gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aparıcı bank qızılın qiymətinin 3600 dollara düşəcəyini gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avstraliya və Yeni Zelandiyanın aparıcı bank qruplarından biri olan ANZ-nin analitikləri qızılın qiymətinin 3600 dollara düşə biləcəyini gözləyir.

Marja xəbər verirk i, ANZ-nin baza ssenarisinə əsasən, FED dekabr, yanvar və mart aylarında faiz dərəcələrini hər dəfə 25 baza bəndi artıracaq. Bununla belə, bank dekabr ayında faiz dərəcələrinin 50 baza bəndi artırılması ehtimalını da istisna etmir. Maliyyə bazarlarında hazırkı sərtləşdirmə dövrü üzrə ümumilikdə təxminən 80 baza bəndlik faiz artımı gözləntisi qiymətlərə daxil edilib.

ANZ xəbərdarlıq edir ki, bundan daha sərt monetar siyasət qızılın qiymətində qısamüddətli korreksiyanı dərinləşdirə bilər.

ANZ qızıl bazarında hazırkı zəifliyi müvəqqəti hesab edir və qiymətli metalın orta və uzunmüddətli perspektivləri ilə bağlı müsbət mövqeyini qoruyur. Bankın analitikləri hesab edirlər ki, ABŞ-da siyasi qeyri-müəyyənliklərin artması, dövlət xərclərinin maliyyələşdirilməsi və borc danışıqları ilə bağlı risklər qızılın investisiya portfellərinin şaxələndirilməsi aləti kimi əhəmiyyətini artırır. ANZ-nin proqnozuna əsasən, qızılın qiyməti bir unsiya üçün 3600 dollar ətrafında dəstək tapa bilər. Bu, noyabrın 18-də, Bakı vaxtı ilə saat 11:00-da qeydə alınmış 3773.68 dollarlıq qiymətlə müqayisədə 174 dollar və ya təxminən 4,6% əlavə ucuzlaşma deməkdir.

Bank hesab edir ki, qiymətlərin bu səviyyəyə yaxınlaşması uzunmüddətli investorların və fərdi alıcıların qızıla marağını yenidən gücləndirə bilər.

Qızıl 2027-ci ildə 4800 dollara yüksələ bilər

ANZ-nin uzunmüddətli proqnozuna əsasən, qızılın bir unsiyasının qiyməti 2027-ci ildə 4800 dollara çata bilər. Bu, hazırkı 3774 dollarlıq qiymətlə müqayisədə 1026 dollar və ya təxminən 27,1% bahalaşma potensialına işarə edir.

Bankın fikrincə, qızılın yenidən bahalaşmasını dəstəkləyə biləcək əsas amillər strateji investisiya tələbinin bərpası, fərdi investorların alışlarının artması və qlobal iqtisadi-siyasi qeyri-müəyyənliklərdir. Bununla belə, FED-in faiz siyasətinin gözləniləndən daha sərt olması qiymətli metalın bahalaşmasını gecikdirə bilər.

Beləliklə, ANZ yaxın dövrdə qızılın qiymətində əlavə ucuzlaşma risklərini görsə də, 2027-ci ildə bazarın bərpa olunacağını proqnozlaşdırır.

Avstraliya və Yeni Zelandiyanın aparıcı bank qruplarından biri olan ANZ-nin analitikləri hesab edirlər ki, son ucuzlaşmadan sonra qiymətli metala fürsətçi alışların başlaması müəyyən dəstək yarada bilər. Lakin FED-in faiz dərəcələrini daha da artırması və texnologiya şirkətlərinin səhmlərindəki enişdən sonra fond bazarlarında mümkün bərpa qızıla investisiya axınlarını zəiflədə bilər.

18.11.2026 11:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19