Toy süfrəsində camış əti və süni kürü - Şadlıq saraylarının adları açıqlandı
Menyuda göstərilməyən camış əti və süni kürü. Bu adlıq saraylarında aşkarlanıb: “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall”, “Sarı Gəlin”, "Çıraq Palace", "Meridian Luks", "Mirana", "İnci" şadlıq saraylarında və "Stolovaya №8" restoranında tələblər pozulub.Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Aparılan nəzarət tədbirləri zamanı 6 şadlıq sarayında yoxlama nəticəsi qənaətbəxş olub, 41 şadlıq sarayında qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.
Belə ki, bir sıra obyektdə sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq baytarlıq sənədləri olmayan ət və ət məhsullarının istehlaka təqdim edildiyi, toy mərasimlərində verilən ət məhsulları ilə yoxlamaya təqdim olunan müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi və digər nöqsanlar aşkarlanıb.
Eyni zamanda, “Manisa”, “Meridian Luks”, “Mirana”, “Vegas City Hall” və “Sarı Gəlin” şadlıq saraylarında, həmçinin Stolovaya №8 iaşə müəssisələrində alınmış baytarlıq sənədlərinə əsasən istehlakçılara camış əti təqdim edildiyi halda, menyuda bununla bağlı heç bir qeydin aparılmadığı müəyyən olunub.
Əlavə olaraq 4 şadlıq sarayında ("Çıraq Palace", "Meridian Luks", "Mirana" və "İnci" şadlıq sarayları) istehlakçılara süni kürü təqdim edildiyi halda, bununla bağlı menyuda müvafiq qeydlərin aparılmadığı da aşkarlanıb.
Uyğunsuzluqlarla bağlı inzibati protokollar tərtib edilib, ət və digər qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Nəzarət tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
16 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
17 d. əvvəl
Toy süfrəsində camış əti və süni kürü - Şadlıq saraylarının adları açıqlandı
- 29 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Bir qrup KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ®
-
1 saat əvvəl
Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu 14 manat artırılır
-
1 saat əvvəl
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Trampın Asiya səfəri Maniladan başladı - İrana xəbərdarlıq edib, Deutsche Bank-la bağlı iddiaya münasibət bildirib
Bir qrup KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Ən çox oxunanlar
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib ®
Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu 14 manat artırılır
Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni nəsil Mazda CX-5 artıq Mazda Azərbaycanda satışda ®
Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı




















