970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Trampın Asiya səfəri Maniladan başladı - İrana xəbərdarlıq edib, Deutsche Bank-la bağlı iddiaya münasibət bildirib

Trampdan İrana sərt xəbərdarlıq – “Heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcək”. Tramp İranla müharibənin bitməsinə “çox yaxın” olduqlarını deyib. Deutsche Bank-la bağlı vergi iddiasına Trampdan cavab – “Çox vergi ödəmişəm. O, Si Cinpin və Putinlə də görüşəcək.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın Asiya səfəri Maniladan başladı - İrana xəbərdarlıq edib, Deutsche Bank-la bağlı iddiaya münasibət bildirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ Prezidenti Donald Tramp Asiya səfərinin ilk dayanacağı olan Filippinin paytaxtı Manilada İranla müharibə, vergi məlumatlarının sızması və Nvidia-nın yeni komitəsi barədə jurnalistlərin suallarını cavablandırıb.

Marja.az xəbər verir ki, Tramp ABŞ paytaxtına mümkün hücum barədə suala cavabında İranın belə bir addım atacağı təqdirdə “indiyədək heç bir ölkənin ödəmədiyi bədəli ödəyəcəyini” deyib. Sual CNN-in ABŞ kəşfiyyat məlumatlarına əsaslanaraq İranın Vaşinqtonda Tramp administrasiyasının yüksək vəzifəli üzvlərini hədəfə almağı planlaşdırdığına dair yaydığı xəbərlə bağlı olub. 

Tramp eyni zamanda administrasiyasının İranla müharibəni başa çatdırmağa “çox yaxın” olduğunu düşündüyünü bildirib.

Tramp vergi məlumatlarının sızmasına münasibət bildirib

Financial Times-ın məlumatına görə, Deutsche Bank 2017-ci ilin martında, Trampın ilk prezidentlik müddətində onun vergi məlumatlarını səhvən açıqlayıb. Nəşr yazır ki, həmin vaxt Ağ Evə bu barədə məlumat verilməyib.

“Çox vergi ödəmişəm”, – deyən Tramp bankın bu addımını qanunsuz adlandırıb.

ABŞ prezidenti Nvidia-nın Milli Təhlükəsizlik və İxrac Nəzarəti üzrə komitə yaratmaq qərarını da dəstəkləyib. “Bu, böyük şirkətdir. Bu, çox yaxşı ideyadır”, – Tramp bildirib. Komitənin yaradılması şirkətin həmtəsisçisi Censen Huangın baş direktor vəzifəsindən istefasından sonra açıqlanıb.

Şençjendə Si Cinpin və Putinlə üçtərəfli görüş planlaşdırılır

Trampın noyabrın 18-də Çinə getməsi, noyabrın 19-da isə Şençjendə Asiya–Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməsi planlaşdırılır. ABŞ prezidentinin Si Cinpinlə ayrıca görüşü də nəzərdə tutulur. Tramp Putinlə ikitərəfli görüşün olub-olmayacağını bilmədiyini, imkan yaranarsa görüşə hazır olduğunu deyib.

Manilada Tramp Dördtərəfli Təhlükəsizlik Dialoqu (Quad) çərçivəsində Avstraliya, Hindistan və Yaponiya liderləri ilə, həmçinin Tailandın baş naziri ilə görüşüb. Cənub-Şərqi Asiya liderləri ilə şam yeməyində isə ABŞ-a yatırılan investisiyalardan, ticarət razılaşmalarından və enerji infrastrukturu layihələrindən danışıb. O, ABŞ-ın süni intellekt sahəsində dünya lideri olduğunu bildirib.

Yeni iş axtarırsınız? Azvak.az veb-saytına baxa bilərsiniz

Donald Tramp Trampın Asiya səfəri Manila Filippin ABŞ–İran müharibəsi Trampın İrana xəbərdarlığı Deutsche Bank Trampın vergi məlumatları Nvidia ixrac nəzarəti APEC sammiti Şençjen Si Cinpin Vladimir Putin Quad
17.11.2026 18:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19