Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu 14 manat artırılır

300 manatdan 314 manata – yaşayış minimumu və ehtiyac meyarı üzrə layihələr ilk oxunuşdan keçib.
AzVak-mobil_resmin_ustu_31
Gələn il üçün ehtiyac meyarı və yaşayış minimumu 14 manat artırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələn il üçün ehtiyac meyarı məlum olub.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Gələn il ehtiyac meyarının həddi 314 manat olacaq. Bu, 2026-cı illə müqayisədə 14 manat, yaxud 4,7 faiz çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

XXX

Azərbaycanda gələn il yaşayış minimumu 4,7 faiz artırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olub.

Layihəyə əsasən, 2027-ci ildə yaşayış minimumu ölkə üzrə 314 manat olacaq. Beləliklə, yaşayış minimumu 14 manat, başqa sözlə 4,7 faiz artırılacaq.

Gələn il yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

2027 yaşayış minimumu 2027 ehtiyac meyarı 314 manat ünvanlı dövlət sosial yardımı pensiyaçılar üçün yaşayış minimumu uşaqlar üçün yaşayış minimumu Milli Məclis birinci oxunuş
17.11.2026 17:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19