2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
Avans subsidiyasına EKTİS üzərindən müraciət etmək imkanı təmin edilib, payızlıq əkinlər üzrə fermerlər noyabr ayının sonunadək, yazlıq əkin aparacaq fermerlər 2027-ci ilin fevral, mart ayları ərzində bəyanla eyni zamanda müraciətlərini sistemə bildirə bilərlər
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, kənd təsərrüfatı istehsalçılarının əkin mövsümündə yaranan ilkin maliyyə ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə ölkədə ilk dəfə avans subsidiyası mexanizmi tətbiq edilir. Aqrar Subsidiya Şurasının 2027-ci il üzrə qərarına əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər gözlənilən əkin subsidiyasının 30 faizini əkin işləri başa çatmadan əvvəl avans şəklində əldə edə biləcəklər. Avans subsidiyasına müraciət artıq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən mümkündür.
Yeni mexanizmin tətbiqində əsas məqsəd fermerlərin əkin mövsümünün başlanğıcında toxum, gübrə, yanacaq və aqrotexniki xidmətlərlə bağlı xərclərinin vaxtında qarşılanmasına, əkin prosesinin fasiləsiz və keyfiyyətli təşkilinə dəstək göstərilməsidir.
Avans subsidiyasından kimlər yararlana bilər?
Avans subsidiyası aşağıdakı meyarlara cavab verən kənd təsərrüfatı istehsalçılarına şamil olunur:
- Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilmiş siyahıya daxil olan (Çəltik, Qarğıdalı, Darı, Sorqo, Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), Günəbaxan, Kartof, Tərəvəz, Bostan bitkiləri) yazlıq və payızlıq birillik bitkiləri becərən istehsalçılar;
- EKTİS-də fermer reytinqi 30 baldan yüksək olan şəxslər;
- Ümumi əkin sahəsi 5 hektardan 100 hektaradək olub çıxarışı olan fermerlər;
- Torpaq sahəsi üzrə yalnız bir əkin bəyanı təqdim edən fermerlər.
Müraciət və monitorinq prosesi
Avans subsidiyasının verilməsi tam rəqəmsal mexanizm əsasında həyata keçiriləcək. Bunun üçün fermerlər əkin sahələrini EKTİS-də bəyan etməli və koordinatlarını daxil etməlidirlər. Müraciətin təsdiqlənməsi qeyd edilən şərtlərə uyğun fermerlrərin əkin hazırlığı (şum) işləri apardığı müşahidə edildikdən sonra mümkün olacaq.
Əkin sahələrinin əkinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və monitorinqi müasir rəqəmsal texnologiyalar və süni intellekt həllərindən istifadə edilməklə aparılacaq. Bu yanaşma subsidiyaların daha operativ, şəffaf və obyektiv şəkildə təqdim olunmasına imkan verəcək.
Fermerlər elektron kabinetlərində şum işlərinin aparılıb-aparılmadığı barədə süni zəka ilə yoxlama nəticələrini, əldə etdikləri reytinqin göstəriciləri və inkişaf etdirmə istiqamətləri ilə bağlı məlumatları görmə imkanına sahib olacaqlar.
Avans subsidiyası çərçivəsində gözlənilən əkin subsidiyasının 30 faizi fermerə əvvəlcədən ödəniləcək. Əkin faktı təsdiq edildikdən və subsidiyanın ödənilməsi üçün nəzərdə tutulan digər müvafiq prosedurlar tamamlandıqdan sonra subsidiyanın qalan 70 faizlik hissəsi növbəti il fermerin hesabına köçürüləcək.
Qeyd edək ki, avans subsidiyası mexanizminin tətbiqi fermerlərin əkin mövsümündə maliyyə imkanlarının genişləndirilməsi ilə yanaşı, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin səmərəli təşkilinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
18 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
8 d. əvvəl
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb
-
1 saat əvvəl
Deutsche Bank-da böyük qalmaqal – 15 milyon məxfi sənəd sızdırıldı, bankın səhmləri kəskin ucuzlaşdı
-
2 saat əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
2 saat əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Yeni nəsil Mazda CX-5 artıq Mazda Azərbaycanda satışda ®
Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb
Deutsche Bank-da böyük qalmaqal – 15 milyon məxfi sənəd sızdırıldı, bankın səhmləri kəskin ucuzlaşdı
Ən çox oxunanlar
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
0% komissiya ilə 100 000 AZN-dək kredit ®
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır




















