970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xəzər sahilində torpaq idarəçiliyi bir quruma həvalə edildi – Prezident fərman imzaladı

Xəzərin sahilboyu torpaqlarının idarə edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olundu. Xəzər sahilinin sərhədləri altı ay ərzində təsdiqlənəcək – xüsusi status üçün təkliflər hazırlanır. Xəzər sahilində torpaq icarəsi elektron sistem üzərindən aparılacaq. Xəzər sahilində torpaqların qanunsuz zəbtinə qarşı məsuliyyətin gücləndirilməsi üzrə layihələr hazırlanacaq. Xəzər sahilinə nəzarəti Əmlak Məsələləri Dövlət Xidməti əlaqələndirəcək – 40 yeni ştat vahidi
AzVak-mobil_resmin_ustu_31
Xəzər sahilində torpaq idarəçiliyi bir quruma həvalə edildi – Prezident fərman imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Marja.az dərc olunan 16 noyabr 2026-cı il tarixli fərmana istinadən xəbər verir ki, sahilboyu torpaqların idarə olunması, istifadəsi və mühafizəsi üzrə vahid dövlət siyasətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Reklam_3_11

Sahildə idarəetmə və nəzarətdə iştirak edən dövlət qurumlarının fəaliyyətini də Xidmət əlaqələndirəcək. Bunun üçün Xidmətin işçi sayı həddi 40 ştat vahidi artırılır. 

Yeni idarəetmə qaydasının əhatə dairəsindən adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədilə istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna edilir.

Sahil ərazisinin sərhədləri altı ay ərzində təsdiqlənəcək

Nazirlər Kabineti altı ay ərzində su səthinin quru ilə təmas xəttinin mövcud vəziyyətini, sahilboyu ərazinin sərhədlərini və ölçülərini, habelə onun kağız və rəqəmsal formada qrafik təsvirini Prezidentlə razılaşdırmaqla təsdiq etməlidir.

Hökumət eyni müddətdə sahilboyu əraziyə xüsusi status verilməsi, onun zonalaşdırılması və hüquqi rejiminin müəyyən edilməsi ilə bağlı təklifləri Prezidentə təqdim edəcək. Təkliflər ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət, turizm və istirahət sahələrində dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətini də əhatə edəcək.

Torpaqların istifadəsinə və mühafizəsinə dövlət nəzarətini təkmilləşdirmək, qanunsuz zəbt hallarının qarşısını almaq, inzibati və cinayət məsuliyyəti tədbirlərini gücləndirmək üçün normativ hüquqi aktların layihələri də hazırlanacaq.

Sahil torpaqlarının icarəsi “bir pəncərə” prinsipi ilə təşkil ediləcək

İqtisadiyyat Nazirliyinə sahilboyu torpaqların dövlət idarəetməsinin, o cümlədən istifadəyə və icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Elektron Hökumət İnformasiya Sistemi üzərindən “bir pəncərə” prinsipi ilə həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Nazirlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə aktual xəritələrin və məlumatların saxlanılmasını, eləcə də ərazinin idarə edilməsini təmin edəcək coğrafi informasiya sistemləri (CİS) əsaslı platformanın yaradılmasına dair təklifləri altı ay ərzində Prezidentə təqdim edəcək. Sahildə idarəetmə və nəzarət üzrə görülmüş işlər barədə Prezidentə ildə bir dəfə məlumat veriləcək.

İqtisadiyyat Nazirliyi müşahidə sistemləri, yerində monitorinqlər, söküntü, abadlıq və sanitar təmizlik işləri, eləcə də Xidmətin maddi-texniki təminatının gücləndirilməsi üçün vəsait ayrılmasına dair təklifləri Maliyyə Nazirliyinə təqdim edəcək. Maliyyə Nazirliyi fərmanın icrası ilə bağlı xərclərin dövlət büdcəsindən maliyyələşdirilməsi üçün zəruri tədbirlər görəcək.

Xəzər dənizinin sahilboyu əraziləri Xəzər sahili Prezident fərmanı Əmlak Məsələləri Dövlət Xidməti Xəzər sahilində torpaq idarəetməsi sahil torpaqlarının icarəsi Xəzər sahilinin zonalaşdırılması sahilboyu ərazinin sərhədləri sahil torpaqlarının qanunsuz zəbt edilməsi Elektron Hökumət İnformasiya Sistemi Xəzər sahilinin rəqəmsal xəritəsi Xəzər sahilinə xüsusi status
16.11.2026 13:53
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar