ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II “Mini-MBA” proqramı yekunlaşdı
ADA Universiteti və Bank of Baku-nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən “Mini-MBA” Proqramının 2-ci mərhələsi də yekunlaşıb.
ADA Universitetində keçirilən Məzun Gününə Bank of Baku-nun və UUniversitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları qatılıblar.
Qeyd edək ki, bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram 6 ay boyunca davam edib və 80 saatlıq proqramda Bank of Baku-nun 25 rəhbər əməkdaşı təhsil alıb. ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış “Mini-MBA” proqramı Maliyyə İdarəetməsi, Marketinq və Biznes analitikası da daxil olmaqla bank sektorunun əsas sahələrini əhatə edib. Əsas məqsəd rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir.
Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov nəzəriyyə və praktikanı tarazlı şəkildə birləşdirən proqram çərçivəsində iştirakçılara həm Universitet müəllimlərinin, həm də biznes dünyasının təcrübəli ekspertlərinin öz biliklərini ötürdüyünü vurğulayıb. Təlim prosesinin interaktiv mühitdə qurulduğunu və iştirakçıların fəal müzakirələrə qatıldığını xüsusi diqqətə çatdırıb. O, həmçinin ADA Universiteti ilə “Bank of Baku” arasında formalaşmış səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam edəcəyinə inandığını bildirib.
Tədbirdə çıxış edən Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev ADA Universiteti ilə həyata keçirilən bu proqramın səmərəsini yüksək qiymətləndirərək qeyd edib ki, hər bir şirkətin uğurunun təməlində peşəkar və daima inkişaf edən insan kapitalı da dayanır. ADA Universiteti ilə birgə həyata keçirilən proqramı bu baxımdan strateji sərmayə kimi dəyərləndirə bilərik. Burada qazanılan bilik və təcrübələrin gələcəkdə qazanacağımız uğurlara öz töhfəsini verəcəyinə inanırıq.
Müştərilərin xəbərləri
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
17 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
- 12 d. əvvəl
-
25 d. əvvəl
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II “Mini-MBA” proqramı yekunlaşdı
- 30 d. əvvəl
- 55 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanda əhalinin alış-veriş xərcləri açıqlandı – Hər nəfərə ayda 560 manat
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkətinin Nvidia-nın qadağan olunmuş süni intellekt çiplərini əldə etdiyi iddia olunur
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II “Mini-MBA” proqramı yekunlaşdı
Dövlət hər litr üçün 7 qəpik ödəyəcək
Ən çox oxunanlar
“SABAH.city”də yeni supermarket — Noyabrın 19-da açılır
Çin şirkətinin Nvidia-nın qadağan olunmuş süni intellekt çiplərini əldə etdiyi iddia olunur
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Kristal" və “Geberit” arasında əməkdaşlıq memorandumu imzalandı
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! ®






















