970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət

Maşın bazarında qiymətlər artır, amma satıcılar endirim edir: Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3,7 faiz artaraq 19 500 manata çatıb.
AzVak-mobil_resmin_ustu_31
Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət
iç səhifə xəbər şəkil altı (mobil)_32

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3,7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) Marja.az-a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır.

AQP hesablamalarına görə, oktyabrda bazarda elan sayı 7,0 faiz azalaraq 37531-ə düşüb, orta qiymət isə 1,9 faiz artımla 30089 manat təşkil edib. Ucuz seqmentdə “LADA (VAZ)” elanlarının payı 9,4 faizdən 8,8 faizə, “Kia”nın payı isə 7,5 faizdən 5,7 faizə enib. Əvəzində “Mercedes”, “Hyundai”, “Toyota” və “BMW” kimi bahalı markaların xüsusi çəkisinin artması ayrı-ayrı avtomobillər bahalaşmadan ümumi medianı yüksəldib.

Bazar tərkibinin təsirini ayırmaq üçün 2025-ci ilin dekabrı baza götürülməklə hesablanan indekslər real mənzərəni aydın göstərir. Bütün elanları izləyən dəyişən struktur indeksi ay ərzində 3,7 faiz artaraq 112,7 bəndə, ən çox təklif olunan 9 kütləvi marka-modelin qiymətini ölçən sabit struktur indeksi isə cəmi 0,4 faiz artımla 104,2 bəndə çatıb. Aradakı 3,3 faiz bəndi fərq məhz elan tərkibinin dəyişməsindən qaynaqlanır. Həm sentyabrda, həm də oktyabrda satışda qalan 7156 elanın 39,6 faizində qiymətin endirilməsi, yalnız 8,9 faizində artırılması və bu avtomobillərin orta hesabla 1,5 faiz ucuzlaşması da bazarda süni bahalaşma olmadığını təsdiqləyir.

Kütləvi seqmentdə sentyabrdakı 1,1 faizlik artımdan sonra oktyabrda qiymətlər sabitləşib. Sabit səbətdəki 9 marka-modeldən “Hyundai Sonata” 2,4 faiz (23 750 manat), “Ford Fusion” 1,6 faiz (18 500 manat), “Opel Astra” (9 400 manat) və “Ford Transit” (19 000 manat) 1,1 faiz, “Hyundai Elantra” isə 0,5 faiz (21 500 manat) bahalaşıb. “LADA (VAZ) 2107”nin qiyməti 5 500 manatda dəyişməz qalıb. “Kia Sorento” 0,3 faiz (34 800 manat), “Chevrolet Cruze” 0,7 faiz (13 300 manat), “Hyundai Santa Fe” isə 1,4 faiz (28 500 manat) ucuzlaşıb.

Bazarın oktyabr təhlili göstərir ki, təkliflərin 51,2 faizi 20 000 manatdan, 22,9 faizi isə 10 000 manatdan ucuzdur, 50 000 manatdan baha avtomobillərin payı 13,0 faizdir. Median buraxılış ili 2013-cü il (13 yaş) səviyyəsində qalsa da, median yürüş 3 000 kilometr azalaraq 190 000 kilometrə enib. Ümumi elanların 52,2 faizini 13 yaş və daha köhnə, 16,4 faizini 3 yaşadək nəqliyyat vasitələri, 8,2 faizini isə median qiyməti 44 300 manat olan yeni avtomobillər təşkil edir. Elanların 66,9 faizi 23 900 manatlıq median qiymətlə Bakının, qalan hissəsi isə 12 500 manatlıq medianla Sumqayıt (6,6 faiz) və Gəncə (4,3 faiz) başda olmaqla bölgələrin payına düşür.

Yanacaq bölgüsündə benzin 66,7 faiz, dizel 20,4 faiz, hibrid və elektromobillər birlikdə 12,9 faiz paya malikdir. Elektromobillər üzrə 496 elan (1,3 faiz) qeydə alınıb və onların median qiyməti 50 750 manatdır. Ban növündə sedanlar 43,9 faiz, beşqapılı SUV-lar 29,6 faiz, transmissiyada isə avtomat sürətlər qutusu 72,2 faiz üstünlük təşkil edir. Marka reytinqində “Mercedes” (15,1 faiz), “Hyundai” (10,9 faiz) və “LADA” (8,8 faiz) liderdir, Çin markalarından “Changan” (1 463 elan) doqquzuncu pillədə qərarlaşıb, “BYD” və “Geely” üzrə müvafiq olaraq 348 və 231 elan verilib.

Ən aktiv 120 marka-model üzrə 25 063 elan əsasında qurulan hedonik modelə görə, hər əlavə istismar ili avtomobili 5,8 faiz, hər 1 000 kilometr yürüş isə 0,037 faiz ucuzlaşdırır. Mexaniki qutulu avtomobillər avtomatdan 8,3 faiz ucuzdur. Vuruğu olmayan, lakin rənglənmiş avtomobillərdə qiymət fərqi cüzi (0,2 faiz) olsa da, vuruğu olub rənglənmiş avtomobillər 7,5 faiz, təmirsiz qəzalı avtomobillər isə 23,1 faiz daha ucuz təklif olunur. Buna görə də alıcı və satıcılara ümumi mediana deyil, konkret texniki göstəricilərə əsaslanmaq, qiymətləndiricilərə isə sabit struktur indeksi ilə yenilənmiş hedonik əmsalları nəzərə almaq tövsiyə edilir.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay dövri olaraq daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır və bu hesabat 2026-cı ilin oktyabr ayı üzrə avtomobil indeksinin nəticələrini əks etdirir.

İş elanları AzVak.az-da

13.11.2026 14:58
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19