Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar

Azercell və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir
AzVak-mobil_resmin_ustu_31
“FireWall 2026” hakatonuna start verilir - qalib komandalar 4000 manatadək pul mükafatı ilə təltif olunacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.

Təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.

Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.

Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək.

İştirak və qeydiyyatla bağlı ətraflı məlumat:  “FireWall 2026”

 

Azercell Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi AKM İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İRİA FireWall 2026 kibertəhlükəsizlik hakatonu Azərbaycanda hakaton proqramçılar üçün yarış İT müsabiqəsi süni intellekt təhlükəsizliyi informasiya təhlükəsizliyi 9000 manat mükafat fondu 4000 manat mükafat hakaton qeydiyyatı 5–6 dekabr 2026 texnologiya yarışması innovativ həllər
13.11.2026 17:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19