Dövlət büdcəsinin xərcləri 1 milyard manatdan çox artıb
Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard 500 milyon manatı ötüb2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 milyard 569 milyon 600 min manat təşkil edib ki, bu da proqnozu 1 milyard 163 milyon 500 min manat və ya 3.6 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 milyard 65 milyon 200 min manat təşkil edərək proqnozdan 1 milyard 274 milyon 100 min manat və ya 8.6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47 milyon 700 min manat təşkil edərək proqnozdan 11 milyon 800 min manat və ya 33 faiz, sair daxilolmalar 540 milyon manat təşkil edərək proqnozdan 106 milyon 800 min manat və ya 24.6 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613 milyon 500 min manat təşkil edərək proqnozdan 1 milyon 500 min manat və ya 0.03 faiz çox, Dövlət Neft Fondundan transfert isə 10 milyard 697 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606 milyon 100 min manat təşkil edərək proqnoza qarşı 72.4 faiz icra olunub.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 milyard 761 milyon 400 min manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 40 milyon 800 min manat və ya 3.8 faiz çoxdur.
Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin icrası nəticəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.
2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 82 milyon 400 min manat məbləğində icra edilib.
Müştərilərin xəbərləri
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! ®
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
18 saat sonra
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
-
13 d. əvvəl
"Kristal" və “Geberit” arasında əməkdaşlıq memorandumu imzalandı
- 21 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satışdakı avtomobillərin 40%-nin qiyməti endirilib – Bazarda son vəziyyət
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçirilib
-
4 saat əvvəl
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
UForex Şəxsi Kabineti: Treyderlər üçün vahid idarəetmə platforması ®
Azercell-in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! ®
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO ®
Ən çox oxunanlar
Noyabrın 14-də gözlənilən hava şəraiti
Bitkiçilikdə sürətlənmə, heyvandarlıqda zəifləmə - Kənd təsərrüfatının 10 aylıq göstəriciləri
Pambıq tədarükçüləri ilə fermerlər arasında ödəniş problemi – Nazirlik müdaxilə edə bilmir
“Mercedes-Benz” Almaniyadakı bütün yeni investisiyalarını dayandırır – Zavodların bağlanması gündəmdədir
Azərbaycanda tikinti sektoru 6,8% kiçilib
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®


















