Şərab şirkətinin adının dəyişdirilməsi və artan vergi borclarının ödənilməsi müzakirə olunacaq
“Gəncə Şərab-1” səhmdarlarını növbədənkənar yığıncağa çağırıb. “Gəncə Şərab-1”də yeni idarəetmə və ad dəyişikliyi gündəmdədir. “Gəncə Şərab-1” səhmdarları artan vergi və DSMF borclarının ödənilməsi yollarını müzakirə edəcəklər. “Gəncə Şərab-1”in yeni nizamnaməsi səhmdarların təsdiqinə çıxarılacaq“Gəncə Şərab-1” ASC-nin səhmdarları şirkətdə yeni idarəetmənin formalaşdırılmasını, firma adının dəyişdirilməsini və artan borcların ödənilməsi yollarını müzakirə edəcəklər. Səhmdarların növbədənkənar ümumi yığıncağı 17 dekabr 2026-cı il tarixində saat 15:00-da keçiriləcək.
Marja.az cəmiyyətin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə idarəetmə üzrə səlahiyyətlərin müəyyən edilməsi və nizamnamənin yeni redaksiyada təsdiqi də daxildir. Səhmdarlar vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər borcların ödənilməsi yollarını, eləcə də gündəlikdəki məsələlərlə əlaqədar qanunvericilikdən irəli gələn məsələləri nəzərdən keçirəcəklər.
Yığıncaq Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 56 ünvanında keçiriləcək. Səhmdarlar gündəliklə həmin ünvanda tanış ola bilərlər.
İştirakçıların qeydiyyatı yığıncaqdan iki saat əvvəl, saat 13:00-da başlayacaq. Qeydiyyat üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Səhmdarlar yığıncaqda şəxsən və ya notariat qaydasında təsdiqlənmiş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər.
Elanı Mirabbas Həmid oğlu Məmmədovun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mirməhəmməd Həmid oğlu Məmmədov imzalayıb. Cəmiyyətin VÖEN-i 2300373041-dir.
Müştərilərin xəbərləri
PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
1 gün sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
15 d. əvvəl
Şərab şirkətinin adının dəyişdirilməsi və artan vergi borclarının ödənilməsi müzakirə olunacaq
- 43 d. əvvəl
-
47 d. əvvəl
PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub
-
57 d. əvvəl
“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Özünüzə kredit qadağası qoymusunuz, amma adınıza onlayn kredit verilib? – Borcu kim ödəyəcək?
- 1 saat əvvəl
-
2 saat əvvəl
Intel investorları aldatmaqda ittiham olunur – Şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
İcbari sığortanın müddəti bitəndə “mygov” da xəbər verəcək
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Özünüzə kredit qadağası qoymusunuz, amma adınıza onlayn kredit verilib? – Borcu kim ödəyəcək?
Rəsmi məzənnələr açıqlandı
Intel investorları aldatmaqda ittiham olunur – Şirkətə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb
Avropanın bank sektorunda nəhəng satınalmaya yaşıl işıq – 45 milyard avroluq əməliyyat























