970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib

“Azeronline” Ağdaşda Heyva Festivalını fasiləsiz internetlə təmin edib. Şirkət Heyva Festivalında yeni məhsul və layihələrini nümayiş etdirib.
AzVak-mobil_resmin_ustu_31
“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Noyabrın 7-də Ağdaş şəhərində “Azeronline LTD” BM-in rəqəmsal tərəfdaşlığı ilə Heyva Festivalı keçirilib.

Ümumilikdə 15 mindən çox ziyarətçinin qatıldığı tədbirdə şirkət festival ərazisini fasiləsiz internet bağlantısı ilə təmin edib. Bununla da “Azeronline” yerli istehsalın tanıdıldığı festivalda kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyaların, o cümlədən IoT (Əşyaların İnterneti) sistemlərinin və telemetriya həllərinin nümayişinə dəstək verib.

Şirkət festivalda “Dünyaya bizimlə bax!” adlı interaktiv stendlə də təmsil olunub. Ziyarətçilər burada “Azeronline”ın yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları ilə yaxından tanış olublar. Stenddəki oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər qonaqların böyük marağına səbəb olub.

Festival iştirakçılarına şirkətin Ağdaş rayonundakı xidmət imkanları barədə də məlumat verilib. Bildirilib ki, rayon ərazisinin 100%-i “Azeronline”ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəmadi dərc etdiyi hesabatlara əsasən, “Azeronline” son 11 ay ərzində 150 Mbit/s və daha yüksək sürət göstəricisi ilə provayderlər arasında ən yüksək kateqoriyada yer alıb.

Qeyd edək ki, “Azeronline LTD” BM 2024-cü ildə tamamlanan “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biri olub. Ölkənin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, əhalinin və təşkilatların yüksəksürətli internetə çıxışını təmin etmək məqsədilə həyata keçirilən layihə çərçivəsində dörd il ərzində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb.

Azeronline Ağdaş Heyva Festivalı Heyva Festivalı Azeronline rəqəmsal tərəfdaş Ağdaşda fiber-optik internet yüksəksürətli internet kənd təsərrüfatında rəqəmsal texnologiyalar Əşyaların İnterneti IoT telemetriya İKTA Onlayn Azərbaycan layihəsi
17.11.2026 10:01
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19