Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

AzVak-mobil_resmin_ustu_31
PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11–12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru “PAŞA Həyat” olub.

Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionatda Avropanın 12 ölkəsindən 77 idmançı iştirak edərək qitənin ən güclü cüdoçusu adı uğrunda mübarizə aparıb. Yarış idman vasitəsilə inklüzivliyin təşviqi, bərabər imkanların yaradılması və eşitmə məhdudiyyətli şəxslərin idman sahəsində nailiyyətlərinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Çempionatın açılış mərasimində dövlət və idman qurumlarının nümayəndələri, beynəlxalq idman təşkilatlarının təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində PAŞA Həyatın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova da yarışda iştirak edib, qaliblərin mükafatlandırılması mərasimində idmançılara medallar təqdim edib.

Azərbaycan millisi çempionatda uğurlu nəticə göstərərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Coşqun Əliyev - 60 kq və Xalid Məmmədov - 66 kq çəki dərəcələrində Avropa çempionu adını qazanıb, Aydın Əzizov - 81 kq çəki dərəcəsində gümüş, Eltun Məmmədov - 73 kq çəki dərəcəsində isə bürünc medala sahib olub.

PAŞA Həyat üçün bu çempionatın baş sponsoru olmaq yalnız idman tədbirinə dəstək göstərmək deyil, eyni zamanda cəmiyyətdə inklüzivlik, bərabər imkanlar və sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Şirkət insanların həyatına dəyər qatmaq, cəmiyyətin rifahına töhfə vermək və sosial əhəmiyyətli təşəbbüsləri dəstəkləmək istiqamətində fəaliyyətini davam etdirir.

PAŞA Həyat bütün idmançıları təbrik edir, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayır.

PAŞA Həyat baş sponsor cüdo üzrə Avropa çempionatı eşitmə məhdudiyyətli idmançılar eşitmə məhdudiyyətli cüdoçular Azərbaycan Deflimpiya Komitəsi Bakı İdman Sarayı Azərbaycan cüdo millisinin medalları Coşqun Əliyev Xalid Məmmədov Ülviyyə Cabbarova idmanda inklüzivlik
17.11.2026 10:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19