970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcbari sığortanın müddəti bitəndə “mygov” da xəbər verəcək

İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur . Avtomobil və əmlak sahiblərinə yenilik – İcbari sığorta bildirişləri “mygov”a gəldi
AzVak-mobil_resmin_ustu_31
İcbari sığortanın müddəti bitəndə “mygov” da xəbər verəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib.

Marja xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası çərçivəsində İcbari Sığorta Bürosunun informasiya sistemi ilə “mygov” rəqəmsal hökumət platforması arasında inteqrasiya təmin edilib.

Yeni inteqrasiya nəticəsində vətəndaşlar icbari sığorta müqavilələri ilə bağlı bildirişləri artıq “mygov” platforması vasitəsilə də əldə edə bilərlər.

Bildirişlər avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası üzrə müqavilənin qeydiyyatı, sığorta haqlarının ödənilməsi, müqavilələrin qüvvədə olma müddətinin başa çatması, müqavilələrin statusunda baş verən dəyişikliklər və digər müvafiq halları əhatə edir.

Bu yenilik vətəndaşların sığorta müqavilələri ilə bağlı məlumatları vaxtında və rahat şəkildə əldə etməsinə, məlumatlandırma kanallarının genişləndirilməsinə və rəqəmsal xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.

İcbari Sığorta Bürosu dövlət informasiya sistemləri ilə inteqrasiyanın genişləndirilməsi, sığorta sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir.

mygov icbari sığorta icbari sığorta bildirişləri İcbari Sığorta Bürosu avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası daşınmaz əmlakın icbari sığortası sığorta müqaviləsinin qeydiyyatı sığorta haqqının ödənilməsi icbari sığorta müddətinin bitməsi sığorta müqaviləsinin statusu mygov bildirişləri rəqəmsal sığorta xidmətləri
17.11.2026 10:15
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19