Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan 2030-a hazırlaşır - Hökumət 2027–2030-cu illər üçün risklərə hazırlığı gücləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan 2030-a hazırlaşır - Hökumət 2027–2030-cu illər üçün risklərə hazırlığı gücləndirəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində onun sədrliyi ilə keçirilmiş iclasda bildirib.

"Prezident İlham Əliyevin cari ilin ötən dövrü ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət, çoxşaxəli diplomatik fəaliyyət ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar açır. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır. 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır. Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqla mövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir", - deyə o qeyd edib.

Hökumət başçısının sözlərinə görə, qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır:

"Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir. Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir. Bu baxımdan, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" və onun əsasında hazırlanmış "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", eləcə də "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır. Sözügedən sənədlər uğurla icra olunur və cari il Strategiyanın həyata keçirilməsinin son ilidir".

Əli Əsədov Nazirlər Kabineti Azərbaycan iqtisadiyyatı 2027–2030 ortamüddətli dövr dövlət büdcəsi büdcə siyasəti fiskal siyasət maliyyə resursları iqtisadi inkişaf sosial-iqtisadi inkişaf Azərbaycan 2030 Milli Prioritetlər 2022–2026 sosial-iqtisadi inkişaf Strategiyası yeni iqtisadi strategiya Böyük Qayıdış Böyük Qayıdış Dövlət Proqramı Qarabağ Şərqi Zəngəzur iqtisadiyyatın şaxələndirilməsi makroiqtisadi sabitlik iqtisadi risklər geosiyasi risklər dövlət xərcləri strateji prioritetlər maliyyə planlaşdırılması.
24.09.2026 15:28
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19