Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqladı
Uçot dərəcəsi sabit saxlanılmaqla faiz dəhlizinin eni genişləndirilibAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 6.5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb. Faiz dəhlizinin aşağı həddi isə 0.5 faiz bəndi azaldılaraq 5% səviyyəsində müəyyən edilib.
Bu barədə Marja.az Mərkəzi bankın press-relizinə istinadən xəbər verir.
Qeyd edilib ki, faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın dinamikası, valyuta bazarında gedən proseslər, bank sektorunun likvidlik mövqeyinin dəyişimi, eləcə də qlobal monetar şəraitdə müşahidə olunan son meyillər nəzərə alınıb.
Faiz dəhlizinin aşağı həddinin endirilməsi bank sektorunda izafi likvidlik şəraitində banklararası pul bazarında ticarətin təşviqinə yönəlib. Dəhlizin genişlənməsinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcəyi gözlənilir. Faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin sabit saxlanılması isə inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir.
İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5.7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0.1 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.2%, ödənişli xidmətlər üzrə 5.0%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.1% təşkil edib. Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74.1% artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var.
Məcburi ehtiyat kimi saxlanılmalı olan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti (Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərq) cari ilin avqust ayının sonuna 6.3 mlrd. manata çataraq ötən ilin dekabrı ilə müqayisədə 2.2 dəfə artıb. Bu şəraitdə təminatsız pul bazarı üzrə bençmark faizlər bir qədər azalmağa meyil edib. Belə ki, AZIR dərəcəsi üzrə orta günlük göstərici 2026-cı ilin iyul ayında 6.39%, avqust ayında 6.28%, sentyabr ayının ötən dövründə isə 6.02% olub. Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sistemindəki likvidlik göstəriciləri nəzərə alınmaqla tətbiq olunur. Mərkəzi Bank likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Bu əməliyyatların payı avqust ayının sonuna açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelinin strukturunda 70.8% təşkil edib. Bununla yanaşı, Mərkəzi Bankın not portfelinin həcmi də avqust ayının sonuna ötən ilin sonu ilə müqayisədə 4 dəfədən çox artıb.
Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşlarından daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə Mərkəzi Bankın inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini artıracağı gözlənilmir.
Cari ilin qalan dövründə də faiz dəhlizinə dair qərarlar inflyasiya proqnozu, əsas makroiqtisadi göstəricilərin dinamikası, valyuta bazarında gedən proseslər və bank sektorunda likvidliyin dinamikası nəzərə alınmaqla qəbul ediləcəkdir. Qlobal mühitdəki qeyri-müəyyənlikləri və onların daxili iqtisadiyyata ötürülmə intensivliyini nəzərə alaraq bundan sonra da makroiqtisadi göstəricilər üzrə proqnozlar bir neçə ssenari əsasında nəzərdən keçiriləcəkdir.
Bu qərar 24 sentyabr 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək.
2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edilib. Belə ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarın ictimaiyyətə açıqlanması və bununla bağlı mətbuat konfransının keçirilmə tarixi 2026-cı il noyabr ayının 4-dən oktyabr ayının 29-na dəyişdirilib. Ekspertlərlə görüşün də həmin gündə təşkil olunması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
37 d. əvvəl
Bakıda Alfa Pragmatic Fintech konfransı keçirilib: bank biznesinin inkişafında texnologiyaların rolu
-
-
48 d. əvvəl
InvestAZ PRO yeni kampaniya filmini təqdim etdi: “Nəzarət səndədir” - “pro” anlayışına yeni yanaşma
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank faiz qərarının ictimaiyyətə açıqlanması qrafikinə dəyişiklik edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanda dollar bolluğu: Əhali dolları daha çox satır – Müştərilərdən alış satışdan 673 milyon dollar çox olub
Azərbaycan Mərkəzi Bankı mühüm qərarını açıqladı
Ağdərə rayonunda yerləşən “Dəmirli” Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
Bakı və Praqa iqtisadi əməkdaşlığı gücləndirməyə hazırlaşır
ABŞ azərbaycanlı mütəxəssisə “Eynşteyn vizası” verib
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
“Invest-AZ” xalis mənfəətini 6 dəfədən çox artırıb
Asiya İnkişaf Bankı: Azərbaycan 2026-cı ilin sonunadək uçot dərəcəsini sabit saxlayacaq
Rəsmi məzənnələr açıqlandı

























