Dövlət 200 milyon manat da borclanmağa hazırlaşır – hərracın tarixi açıqlandı
7% illik gəlir: Maliyyə Nazirliyi 200 milyon manatlıq istiqraz satacaq29 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 200 milyon manat həcmində kuponlu ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Marja.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək həyata keçiriləcək.
Hərraca çıxarılan istiqrazların ISIN kodu AZ0201240055-dir. Buraxılışın ümumi həcmi 200 milyon manat, hər bir istiqrazın nominal dəyəri isə 100 manat müəyyən edilib. Beləliklə, buraxılışın tam yerləşdirilməsi halında ümumilikdə 2 milyon ədəd istiqrazın dövriyyəyə buraxılması nəzərdə tutulur.
İstiqrazların tədavül müddəti 1080 gün, illik kupon faiz dərəcəsi isə 7,0% təşkil edir. Qiymətli kağızların ödəniş tarixi 29 sentyabr 2029-cu ildir.
Faizlər ildə iki dəfə ödəniləcək
İstiqrazlar üzrə kupon ödənişləri yarımillik dövrlərlə həyata keçiriləcək. Ödəniş tarixləri belədir: 29 mart və 29 sentyabr 2027-ci il, 29 mart və 29 sentyabr 2028-ci il, həmçinin 29 mart və 29 sentyabr 2029-cu il.
7%-lik illik kupon dərəcəsi nəzərə alınarsa, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə illik kupon gəliri 7 manat, hər altı aydan bir ödəniləcək faiz isə 3,50 manat təşkil edir. Altı kupon ödənişi üzrə bir istiqrazın ümumi kupon gəliri 21 manat olacaq.
Buraxılışın bütün 200 milyon manatlıq hissəsinin yerləşdirilməsi halında isə nominal məbləğ əsasında illik kupon ödənişinin 14 milyon manat, üç illik dövr üzrə ümumi kupon ödənişinin təxminən 42 milyon manat təşkil etməsi mümkündür.
Hərracda qiyməti investorlar formalaşdıracaq
İstiqrazların kupon dərəcəsi 7% olsa da, investorun faktiki gəlirliliyi hərracda qiymətli kağız üçün formalaşan alış qiymətindən asılı olacaq. İstiqraz nominaldan aşağı qiymətə alınarsa, faktiki gəlirlilik kupon dərəcəsindən yüksək, nominaldan yuxarı qiymətə alınarsa isə aşağı ola bilər.
Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin buraxılış həcminin 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan başqa, investorların istiqrazların alınması üçün təqdim etdikləri sifarişlərin ümumi həcmi emitentin hərraca çıxardığı istiqrazların həcminin 20%-dən aşağı olarsa, emitent həmin sifarişləri qəbul etməyə bilər.
Maliyyə Nazirliyi təklif olunan istiqrazların həm qiymətini, həm də həcmini müəyyən etmək hüququnu özündə saxlayır. Emitentin qəbul etdiyi sifarişlərin ümumi nominal məbləği 100 faizədək artırıla bilər.
Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
27 d. əvvəl
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
-
28 d. əvvəl
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
- 43 d. əvvəl
-
50 d. əvvəl
İri şəbəkədən ardıcıl iki açılış – Maştağa və Xırdalanda yeni mağazalar
-
1 saat əvvəl
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
-
1 saat əvvəl
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
1 saat əvvəl
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR ABŞ-nin texnologiya nəhəngi “Honeywell” ilə yeni əməkdaşlığa başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ən çox oxunanlar
Çinin ticarət profisiti 1 trilyon dolları keçib – Yeni rekorda doğru
Azərbaycan neftinin son qiyməti
SOCAR Çinin neft-kimya nəhəngi ilə strateji əməkdaşlığa başlayır
Qiymətləndirmə sahəsində böyük dəyişikliklər hazırlanır – Elektron reyestr və yeni standartlar gündəmdədir - MÜSAHİBƏ
"Onların arzuları onların gözlərində qalacaq"
























