“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb
“Meqa Həyat” yığımlarını 85% artırıb – bazarda 4 pillə yüksəlib. Şirkətin yığımları bir ildə təxminən ikiqat artıb. “Meqa Həyat” 20 milyon manatlıq həddi keçib.“Meqa Həyat Sığorta” ASC 2026-cı ilin yanvar–avqust aylarında yığımlarda bazarın ən yüksək artım templərindən birini nümayiş etdirib.
Marja.az Azərbaycan Mərkəzi Bankının operativ məlumatları əsasında hesablayıb ki, şirkət 20 milyon 34 min manat sığorta haqqı toplayıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 10 milyon 849 min manat idi.
Beləliklə, yığımlar bir ildə 9 milyon 185 min manat və ya 84,7% artıb.
Sığorta ödənişləri isə 3 milyon 550 min manatdan 4 milyon 278 min manata yüksəlib. Artım 20,5% olub.
Yığımların ödənişlərdən xeyli sürətli artması nəticəsində ödəniş/yığım nisbəti 32,7%-dən 21,4%-ə geriləyib.
Şirkətin bazardakı payı 1,04%-dən 1,80%-ə yüksəlib. Yığım həcminə görə “Meqa Həyat Sığorta” 11-ci mövqedən 7-ci pilləyə qalxıb.
Müştərilərin xəbərləri
“Prior Leasing” investorlara 2 milyon manatlıq istiqraz təklif edir: illik 15% gəlir hər 30 gündən bir ödəniləcək ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
27 d. əvvəl
Azərbaycan 2030-a hazırlaşır - Hökumət 2027–2030-cu illər üçün risklərə hazırlığı gücləndirəcək
-
-
35 d. əvvəl
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Sənaye Sığorta”da ikiqat təzyiq – yığım azalıb, ödəniş kəskin artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Meqa Həyat Sığorta” yığımlarını təxminən ikiqat artırıb
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
Naxçıvanda Ortakənd yatağında hasilata başlanılması planlaşdırılır
Ən çox oxunanlar
“Xalq Sığorta”nın yığımları artıb, ödənişləri azalıb
“Xalq Həyat” yığımlarını artırıb, ödənişlərini azaldıb
“AzSığorta”nın ödənişləri artıb
Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb
“01.AI” və “Sinovation Ventures” Azərbaycana gələ bilər – əməkdaşlıq imkanları müzakirə edildi


























