Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır

AzVak-mobil_resmin_ustu_31
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) böyük və nüfuzlu daşınmaz əmlak şirkəti olan "Eagle Hills" şirkəti tərəfindən Qəbələdə, Böyük Qafqaz dağlarının əhatəsində “The Montis” adlı yeni yaşayış və istirahət layihəsi təqdim olunur. Layihə villalar, mənzillər, hotel, pərakəndə satış sahələri, restoran və kafeləri bir araya gətirən kompleks konsepsiya əsasında hazırlanıb.

Marja.az-ın məlumatına görə, layihənin təqdimat materiallarında “The Montis”in təbiət, müasir memarlıq və yüksək səviyyəli yaşayış konsepsiyasını birləşdirdiyi bildirilir. Kompleksdə yaşayış sahələri ilə yanaşı, “The Montis Hotel”, mağazalar və digər kommersiya məkanlarının yerləşdirilməsi nəzərdə tutulur.

Bakıdan 108 kilometr məsafədə

Təqdimata əsasən, layihə Bakıdan 108 kilometr məsafədə yerləşir və paytaxtdan avtomobillə yolun təxminən 2,5 saat çəkdiyi göstərilir.

Kompleks dağlar, meşələr və təbii landşaftla əhatələnmiş ərazidə yerləşir. Layihədə Qəbələnin ilboyu istirahət istiqaməti kimi imkanları, o cümlədən Tufandağda xizək və digər qış turizmi fəaliyyətləri də ön plana çıxarılır.

Mənzillərin sahəsi 71 kvadratmetrdən başlayır

“The Montis” layihəsində 1, 2 və 3 yataq otaqlı mənzillər nəzərdə tutulur. Bir yataq otaqlı mənzilin ümumi bruto sahəsi 71 kvadratmetr, ümumi xalis sahəsi isə 59 kvadratmetrdir. Bunun 65 kvadratmetri bruto daxili sahənin, 6 kvadratmetri isə balkonun payına düşür. İki yataq otaqlı mənzillər iki fərqli plan üzrə təqdim edilir.

“Type 1” variantında ümumi bruto sahə 109 kvadratmetr, xalis sahə 91 kvadratmetrdir. Daxili sahə bruto hesabla 99 kvadratmetr, balkon isə 10 kvadratmetr təşkil edir.

“Type 2” iki yataq otaqlı mənzildə ümumi bruto sahə 118 kvadratmetr, xalis sahə isə 98 kvadratmetrdir. Bunun 108 kvadratmetri bruto daxili sahə, 10 kvadratmetri isə balkondur.

Üç yataq otaqlı mənzilin ümumi sahəsi bruto hesabla 146 kvadratmetr, xalis hesabla 116 kvadratmetr təşkil edir. Mənzilin daxili bruto sahəsi 132 kvadratmetr, balkon sahəsi isə 14 kvadratmetrdir.

Beləliklə, təqdim olunan mənzil variantlarının ümumi bruto sahəsi 71 kvadratmetrdən 146 kvadratmetrədək dəyişir.

Villalar 602 kvadratmetrə çatır

Layihənin villa hissəsində isə üç fərqli yaşayış formatı təqdim olunur. 3 yataq otaqlı “Sky” villasının ümumi bruto sahəsi 257 kvadratmetr, xalis sahəsi 224 kvadratmetrdir. Villada baş yataq otağı, əlavə iki yataq otağı, yaşayış və yemək sahələri, xadimə otağı, terras, balkon və avtomobil dayanacağı nəzərdə tutulub.

4 yataq otaqlı “Grove” villasının ümumi bruto sahəsi 357 kvadratmetr, xalis sahəsi isə 290 kvadratmetr təşkil edir. Burada bir əsas və üç əlavə yataq otağı, yaşayış sahəsi, yemək sahəsi, xadimə otağı, terras və balkonlar yer alır.

Layihənin ən böyük villa variantı “Aspen”dir. Beş yataq otaqlı villanın ümumi bruto sahəsi 602 kvadratmetr, xalis sahəsi 495 kvadratmetrdir. Villada bir əsas və dörd əlavə yataq otağı, iki yaşayış sahəsi, yemək sahəsi, xadimə otağı, terras və balkonlar nəzərdə tutulub.

Beləliklə, villa seçimlərinin ümumi bruto sahəsi 257–602 kvadratmetr, xalis sahəsi isə 224–495 kvadratmetr arasında dəyişir.

Hotel, restoranlar və butiklər də olacaq

“The Montis” yalnız yaşayış obyektlərindən ibarət olmayacaq. Layihənin konsepsiyasında eksklüziv butiklər, kafelər, restoranlar və lüks hotel də nəzərdə tutulub.

Təqdimat materiallarında mağazalarda moda, həyat tərzi və premium gündəlik tələbat məhsullarının təqdim ediləcəyi, restoran və kafelərin isə kompleksin qastronomiya hissəsini formalaşdıracağı qeyd olunur.

“The Montis Hotel”in dünya səviyyəli qonaqpərvərlik, yüksək komfort və fərdiləşdirilmiş xidmət konsepsiyası ilə fəaliyyət göstərməsi planlaşdırılır.

Mənzil və villaların təchizatına nələr daxildir?

Təqdim edilən texniki spesifikasiyaya əsasən, yaşayış sahələrində döşəmələrdə əsasən keramoqranit plitədən istifadə nəzərdə tutulur. Divar və tavanların boya ilə tamamlanması, hamam otaqlarında isə plitə və boya tətbiq edilməsi göstərilir.

Sanitar avadanlıqlar və su qızdırıcısı təchizata daxildir.

Kondisioner qurğuları isə hazır şəkildə təqdim edilmir — yalnız onların quraşdırılması üçün müvafiq hazırlığın nəzərdə tutulduğu bildirilir. Mətbəx avadanlıqları, şkaflar, qarderoblar və ayrıca geyim otaqlarının təchizatı da standart paketə daxil deyil.

Villa təqdimatında əlavə olaraq hovuzların yalnız illüstrativ məqsədlə göstərildiyi, hovuz və landşaft işlərinin alış qiymətinə daxil olmadığı qeyd edilir. Həmçinin faktiki sahə, fasad, terras və digər memarlıq detallarının yekun tikinti zamanı təqdimat materiallarındakı göstəricilərdən fərqlənə biləcəyi vurğulanır.

Layihənin vizyoneri Mohamed Alabbardır

“The Montis”in təqdimat materiallarında Mohamed Alabbar layihənin “vizyoneri” kimi göstərilir. Broşürdə layihənin interyerlərinin komfort, funksionallıq və zəriflik arasında balans yaradacaq şəkildə hazırlandığı, premium materiallardan və seçilmiş dizayn detallarından istifadə edildiyi bildirilir.

“The Montis”in masterplanına əsasən, kompleksdə villalar, hotel, mənzillər və pərakəndə satış sahələri vahid yaşayış və istirahət konsepsiyası daxilində birləşdirilir.

Satış ilə "Al Zaeem Emirates Real Estate" şirkəti məşğul olur. 

Ünvan:  Baki şəhəri Ağ Şəhər Mərkəzi Bulvar küçəsi 5

Əlaqə: +994 50 787 71 11 (Telefon/Vatsap)

İnstagram: @alzaeem.baku

The Montis The Montis Qəbələ Qəbələdə yeni layihə Qəbələ villaları Qəbələ mənzilləri Qəbələdə daşınmaz əmlak premium yaşayış kompleksi lüks villalar Qəbələdə mənzil 602 kvadratmetrlik villa 257 kvadratmetrlik villa 3 yataq otaqlı villa 4 yataq otaqlı villa 5 yataq otaqlı villa 1 yataq otaqlı mənzil 2 yataq otaqlı mənzil 3 yataq otaqlı mənzil The Montis Hotel Mohamed Alabbar Qəbələ turizmi Tufandağ Azərbaycanda daşınmaz əmlak yaşayış layihəsi premium daşınmaz əmlak Qəbələdə hotel Qəbələdə investisiya
23.09.2026 12:31
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19