970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hövsandakı liman şirkətinin qazancı məlum oldu

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” 2025-ci ili 139 min manat xalis mənfəətlə başa vurub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hövsandakı liman şirkətinin qazancı məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini açıqlayıb.

Marja.az şirkətin illik idarəetmə hesabatına istinadən xəbər verir ki, ASC 2025-ci ildə 360 min manat ümumi gəlir əldə edib. Hesabat ilində şirkətin ümumi xərcləri 185 min 783 manat 93 qəpik təşkil edib.

Reklam_3_11

Nəticədə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın 2025-ci il üzrə mənfəət vergisindən əvvəlki mənfəəti 174 min 216 manat 7 qəpik olub. Hesablanmış mənfəət vergisi 34 min 843 manat 21 qəpik təşkil etdikdən sonra şirkətin xalis mənfəəti 139 min 372 manat 86 qəpik səviyyəsində formalaşıb.

Şirkətin xərclərinin əsas hissəsi əməkhaqqı, sosial sığorta, vergi öhdəliklərinin bağlanması, torpaq vergisi, əmlak vergisi, icarə haqqı, bank xidməti, rabitə, mal-material və digər xərclərdən ibarət olub. Ən böyük xərc maddəsi 65 min 615 manatla əməkhaqqı xərcləri olub. Vergi borclarının bağlanmasına isə 53 min 934 manat 95 qəpik yönəldilib.

Hesablamalara görə, şirkətin 2025-ci ildə xərcləri ümumi gəlirlərinin təxminən 51,6 faizinə bərabər olub. Mənfəət vergisindən əvvəlki mənfəət marjası 48,4 faiz, xalis mənfəət marjası isə 38,7 faiz təşkil edib. Bu isə şirkətin hesabat ilini nisbətən yüksək rentabelliklə başa vurduğunu göstərir.

İllik hesabatda qeyd olunur ki, ASC-nin işçilərinin sayı 2025-ci ilin bütün rüblərində 2 nəfər olub. Şirkətin baş direktoru Emin Vəliyevdir.

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin səhmdarlarının ümumi sayı 424 nəfərdir. Şirkətin nizamnamə kapitalında əsas pay “LOTOS-S” MMC-yə məxsusdur. MMC 1 milyon 424 min 329 səsli səhmə malik olmaqla səhmlərin 96,0297 faizinə nəzarət edir. Fiziki şəxslərə isə 58 min 888 səhm və ya 3,9703 faizlik pay məxsusdur.

Bakı Hövsan Beynəlxalq Dəniz Limanı liman şirkəti Hövsan limanı illik idarəetmə hesabatı 2025 maliyyə hesabatı ASC xalis mənfəət liman xidmətləri LOTOS-S MMC səhmdarlar maliyyə nəticələri Azərbaycan limanları Suraxanı Hövsan Marja.az
06.07.2026 08:17
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19