PAŞA Bank 2025-ci il üzrə ilk dividend ödənişini elan edir!
PAŞA Bank ASC 18 iyun 2026-cı il tarixində keçirilmiş Səhmdarların Ümumi Yığıncağının qərarından irəli gələrək 2025-ci il maliyyə nəticələri üzrə cəmi 107 milyon AZN dividend məbləğinin ödənişini nəzərdən keçirmişdir.
Bankın yayydığı məlumatda bildirilir ki, dividend ödənişi iki mərhələdə həyata keçiriləcək və ilk mərhələ çərçivəsində səhmdarlara 53,5 milyon AZN ödəniləcək. Dividend məbləği Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən hər bir səhmdarın müvafiq bank hesabına köçürüləcəkdir.
İlk dividend ödənişi ilə bağlı əsas məlumatlar:
• Dividend məbləği: 53,521,500.00 AZN
• Hüquq tarixi: 8 iyul 2026, saat 18:00 tarixinə MDM-in apardığı səhmdarların reyestrində qeyd edilən şəxslər
• Ödəniş tarixi: 10 iyul 2026
Səhmləri hansı tarixdə əldə etməsindən və hansı müddət ərzində öz mülkiyyətində saxlamasından asılı olmayaraq, dividend almaq hüququna malik səhmdarlar MDM-in apardığı 8 iyul 2026-cı il, saat 18:00 tarixinə olan səhmdarların müvafiq reyestrinə əsasən müəyyənləşdiriləcəklər. Qeyd edək ki, PAŞA Bank ASC səhmlərinin kütləvi ticarətinin “Bakı Fond Birjası” QSC-də həyata keçirildiyini və bağlanmış əqdlər üzrə hesablaşmaların əqdin bağlandığı gündən etibarən növbəti iş günü başa çatdığını nəzərə alaraq, 8 iyul 2026-cı il, saat 18:00 tarixinə olan səhmdarların müvafiq reyestrində həmin tarixdən 1 iş günü əvvəl (7 iyul 2026-cı il 16:30-dək) baş tutan səhm alışları nəzərə alınacaqdır.
PAŞA Bank ASC təsdiq edir ki, səhmlərinin ilkin kütləvi təklifi (IPO) zamanı Bankın səhmlərini əldə etmiş bütün fiziki və hüquqi şəxslər digər səhmdarlarla bərabər əsaslarla 2025-ci il üzrə dividend almaq hüququna malikdirlər. Dividendlərin ikinci hissəsinin ödənişi 2026-cı ilin oktyabr ayı ərzində nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsini nəzərə alaraq, tənzimlənən bazarda kütləvi təklif edilmiş səhmlər üzrə dividend gəlirləri 1 fevral 2028-ci il tarixinədək fiziki şəxslərin gəlir vergisindən azaddır. Bu səbəbdən dividend ödənişləri zamanı 5% ödəmə mənbəyində vergi tutulmayacaq və fiziki şəxs investorlara vəsait tam həcmdə köçürüləcək.
Xatırladaq ki, PAŞA Bank ASC-nin səhmlərinin ilkin kütləvi təklifi (IPO) 19 iyun 2026-cı ildə uğurla başa çatmışdır. Bu, Azərbaycan kapital bazarı tarixində ilk özəl şirkət IPO-su olmaqla yanaşı, həm fərdi, həm də korporativ investorlar tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 18 min unikal investorun iştirakı, 129,2% örtülmə nisbəti və 66,3 milyon AZN həcmində sifarişlə nəticələnən IPO investor bazasının genişlənməsinə, qiymətli kağızlar bazarına marağın artmasına və ölkədə kapital bazarının inkişafına təkan verib.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
8 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
9 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
9 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
9 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
9 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















