Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Azərbaycanda premium hüquq xidmətləri göstərən RIGHTWELLTON Hüquq Şirkəti Qarabağ Universiteti ilə imzaladığı əməkdaşlıq sazişi çərçivəsində hüquqşünaslıq fakültəsinin 3-cü kurs tələbələri üçün intensiv təcrübə proqramı təşkil edib. Proqram 01 iyun 2026-cı ildən 01 iyul 2026-cı il tarixinə qədər davam edib.
Bir ay müddətində tələbələr şirkətin ofisində peşəkar mühitdə çalışıblar. Bu müddət ərzində onlar real hüquqi məsələlərin araşdırılmasında bilavasitə iştirak ediblər, müqavilə hüququ, iddia hazırlığı, müştəri kommunikasiyası kimi sahələrdə praktiki bacarıqlar əldə ediblər. Tələbələr həmçinin şirkətin mütəxəssislərinin rəhbərliyi altında aktual keyslərin həllini yerinə yetiriblər.
RIGHTWELLTON Hüquq Şirkətinin rəhbərliyi bildirib ki, bu proqram gənc hüquqşünasların akademik bilikləri ilə praktiki bacarıqları arasındakı uçurumu aradan qaldırmağa xidmət edir: “Biz inanırıq ki, hüquq təhsilinin tam məqsədinə çatması üçün tələbələr real mühitdə çalışmalıdır.”
Qarabağ Universiteti ilə bu əməkdaşlığın davamlı xarakter alacağı bildirilir. Şirkətin növbəti tədris ilindən etibarən proqramı genişləndirərək daha çox tələbəni əhatə etməyi planlaşdırdığı məlum olub.
Qeyd edək ki, RIGHTWELLTON Hüquq Şirkəti Azərbaycanda hüquqi xidmətlər sahəsinin aparıcı strukturlarından biri olmaqla, korporativ hüquq, mülki mübahisələr, əmlak hüququ və digər istiqamətlər üzrə premium xidmətlər göstərir.
RIGHTWELLTON İnstagram-da: rightwellton
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















