Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
(®) Evini, ailəsini və ya illərlə əmək verib qurduğu biznesini qorumaq üçün hər kəs təhlükəsizlik kameralarından istifadə edir. Hətta əksər insanlar kamera seçiminə həssas yanaşır, yüksək keyfiyyətlisini və ən bahalısını seçməyə üstünlük verir. Bəs bilirsiniz ki, əslində 24/7 çəkiliş edən həmin video müşahidə sistemləri sizi heç də həmişə təhlükələrdən qorumur?
Bunun əsas səbəblərindən biri isə görüntülərin saxlanıldığı sərt diskin - HDD-nin düzgün seçilməməsidir. Hansı ki, həmin kameraların qeydə aldığı görüntülərin taleyi birbaşa bu disklərdən asılıdır.
İkinci əl HDD istifadə edirsinizsə, kameranız əslində heçnə qeydə almır!
Təhlükəsizlik kameraları aylarla və ya illərlə görüntüləri qeydə ala bilər. Ancaq həmin video qeydlərin yaddaşda saxlanması, sizin üçün hər zaman əlçatan olması üçün HDD-nin də işlək olması vacibdir. Sadə dillə desək, təhlükəsizlik kameralarının ətrafdakı insanları və baş verən hadisələri sizə çatdırması, arxiv toplaması üçün onun “sağlam beynə” ehtiyacı var. Əgər sistemdə köhnə, keyfiyyətsiz və ya ikinci əl HDD istifadə olunarsa, ən vacib anda kameranın “beyni” sıfırlana, görüntülər arxivdə olmaya, silinə və ya ümumiyyətlə yazılmaya bilər.
İkinci əl HDD-lər həyatınızı və mal-mülkünüzü təhlükəyə atır!
Gəlin razılaşaq ki, bizim və sevdiklərimizin həyatı oğurluq, qəza, yanğın və digər arzuolunmaz hadisələrdən sığortalanmayıb. İllərlə topladığınız pulların bir anda evinizdən yox olması, mənbəyi bilinməyən yanğın hadisəsi, yad insanların həyətinizə girməyə çalışması kimi müxtəlif xoşagəlməz məqamlarla qarşılaşa bilərsiniz. Bu zaman kamera qeydləri nə baş verdiyini öyrənmək və bəzi nüansları sübut etmək üçün köməyinizə çatır. Ancaq təsəvvür edin ki, belə vacib anda görünütlərin əvəzinə, sistemə daxil olduqda “Yaddaş qurğusu tapılmadı”, “Məlumatlar tapılmadı” kimi bildirişlərlə qarşılaşırsınız. Bu isə sistemin məlumat toplayan "beyni" olan sərt diskin, yəni HDD-nin sıradan çıxmasından qaynaqlanır.
Belə hallar üçün mütəxəssislər nə tövsiyə edir?
HDD-lərin ömrünü tez başa vurmasına başlıca səbəb yaddaş qurğusu seçərkən ucuz, ikinci əl məhsullara üstünlük verilməsidir. Təhlükəsizlik sistemi quraşdırılarkən HDD-lər bəzən adi və kiçik detal kimi qəbul edilir. Xərclərə qənaət etmək istəyi istehlakçıları bazarda "az işlənmiş disklər", “yenilənmiş disklər” və ya "sərəfli HDD" adı altında satılan ikinci əl disklərə yönəldir.
Azərbaycan bazarında təhlükəsizlik sistemləri üzrə ixtisaslaşmış ABV şirkətinin eksperti Həzrət Qonaqov bunun çox ciddi risklər daşıdığını vurğulayır:
"Monitorinqlərimiz göstərir ki, təhlükəsizlik sistemləri bazarında köhnəlmiş və resursu tükənmiş HDD-lərə tələbat sürətlə artır. İstehlakçılar cüzi maliyyə fərqinə görə həm öz həyatlarının, həm əmlaklarının, həm də məlumatlarının təhlükəsizliyini sual altında qoyurlar. Unutmaq olmaz ki, yaddaş blokunun sıradan çıxması yüksək büdcəli video müşahidə sistemini belə anında yararsız dəmir parçasına çevirir. Təəssüf ki, bu gün bir çox təhlükəsizlik şəbəkələrini çökdürən əsas səbəb qənaət məqsədilə quraşdırılmış keyfiyyətsiz və ikinci əl sərt disklərdir."
Ucuz və ikinci əl HDD alaraq daha çox ziyana düşə bilərsiniz.
Təhlükəsizliyinizi etibar etdiyiniz işlənmiş HDD-lər ucuz olsalar da, sonradan daha böyük pullar itirməyinizə gətirib çıxara bilər.
• Kamera görüntülərinin anidən silinməsi
• Gözlə görünməyən daxili xətaların olması
• Zəmanətin olmaması
• “Bərpa olunub” adı ilə ömrü tükənən disklər
• Zəif performans və kadr itkisi
• 24/7 iş rejiminə uyğunsuzluq
Keyfiyyətli HDD seçərkən bunlara diqqət edin!
Keyfiyyətli HDD seçərkən ilk növbədə onun yeni və rəsmi məhsul olmasına diqqət edilməli, qutu açılışı və zəmanət sənədi satıcının yanında tələb olunmalıdır. Video müşahidə üçün nəzərdə tutulan “Surveillance”, “For CCTV” və ya “24/7” kimi işarəli disklərə üstünlük verilməlidir. Həmçinin kameraların sayına və arxiv müddətinə uyğun olaraq düzgün həcm (1 TB, 2 TB və s.) seçilməli, diskin daim dolub-silinmə rejimində işləməsinin ömrünü azaltdığı nəzərə alınmalıdır. Zəmanətli məhsul seçmək və HDD-ni yalnız rəsmi, etibarlı satıcılardan almaq isə riskləri minimuma endirir.
Haradan orijinal HDD almaq olar?
Azərbaycan bazarında 30 ildən çox təcrübəyə malik ABV şirkəti müştərilərinə məhz rəsmi zəmanətli və peşəkar texniki dəstəkli orijinal “Hikvision” HDD-lərini təqdim edir. Xüsusi olaraq 24/7 fasiləsiz video müşahidə sistemləri üçün dizayn edilmiş bu disklər məlumatların itkisiz və sürətli yazılmasını təmin edərək sistemin uzunömürlülüyünə tam zəmanət verir.
Hazırda paytaxtda 4 mağaza və 1 servis mərkəzi ilə xidmət göstərən şirkətin müasir təhlükəsizlik həlləri barədə ətraflı məlumatı abv.azsaytından, sosial media hesablarından və ya *9393 qısa nömrəsi vasitəsilə çağrı mərkəzindən öyrənmək mümkündür.
Təhlükəsizliyinizi taleyin öhdəsinə yox, etibarlı və keyfiyyətli HDD-lərə həvalə edin!
Müştərilərin xəbərləri
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 50 d. əvvəl
-
1 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
OPEC+ avqustda hasilat artımını davam etdirəcək
Hövsandakı liman şirkətinin qazancı məlum oldu
İran: ABŞ ilə barışmamışıq, İsraili tanımayacağıq
Bakıda yeni ödənişsiz avtobus xətti istifadəyə veriləcək
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“Sea Breeze”də “Subway” restoranı açıldı
PAŞA Bank 2025-ci il üzrə ilk dividend ödənişini elan edir!
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib



















