Qızılın qiyməti FED-in faiz artıracağı ehtimallarının zəifləməsi fonunda iki həftənin maksimumuna yaxın səviyyədə qalıb
Qızılın qiyməti bazar ertəsi iki həftənin ən yüksək səviyyəsinə yaxın sabit qalıb.
Marja xəbər verir ki, buna ötən həftə ABŞ-da açıqlanan və gözləntilərdən zəif olan məşğulluq hesabatının Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) faiz artıracağına dair gözləntiləri azaltması səbəb olub.
Qızılın qiyməti Bakı vaxtı ilə saat 08:52-yə olan məlumata görə, bir unsiya üçün 4174,66 dollar səviyyəsində sabit qalıb. Gün ərzində qiymət iyunun 22-dən bəri ən yüksək həddə çatmışdı. Avqust tədarüklü ABŞ qızıl fyuçersləri isə 1,5% bahalaşaraq bir unsiya üçün 4186,70 dollara yüksəlib.
“Bazarlar faiz artımı gözləntilərini azaltdıqca qızıl müəyyən qədər mövqeyini bərpa edib. Bu, istiqraz gəlirliliyi baxımından rahatlama yaratsa da, dolların güclü qalması qiymət artımı üçün hələ də məhdudlaşdırıcı amil olaraq qalır”, — KCM Trade-in baş bazar analitiki Tim Uoterer bildirib.
Dollar 0,1% möhkəmlənib. Bu isə dollarla qiymətləndirilən qızılı digər valyutalara sahib investorlar üçün daha baha edir.
Qızıl ötən həftə 2%-dən çox bahalaşaraq dörd həftəlik ucuzlaşma prosesinə son qoyub. Buna ABŞ-da gözləntilərdən zəif açıqlanan məşğulluq göstəricilərinin davamlı inflyasiya və faizlərin uzun müddət yüksək qalacağı ilə bağlı narahatlıqları azaltması təsir göstərib.
Cümə axşamı açıqlanan məlumatlar göstərib ki, iyunda ABŞ-da iş yerlərinin artımı kəskin şəkildə zəifləyib, əvvəlki iki ay üzrə məşğulluq artımı göstəriciləri isə aşağıya doğru yenilənib. Bu, əmək bazarının "soyuduğuna" işarə edib və maliyyə bazarlarında FED-in yaxın müddətdə faiz artıracağına dair gözləntilərin azalmasına səbəb olub.
CME FedWatch alətinə görə, treyderlər hazırda sentyabrda faiz artımı ehtimalını təxminən 55% səviyyəsində qiymətləndirirlər. Məlumatlar açıqlanmadan əvvəl bu göstərici 60%-dən yüksək idi.
Aşağı faiz dərəcələri adətən qızıl üçün əlverişli hesab olunur, çünki qızıl faiz və ya dividend gəliri gətirməyən aktivdir.
İnvestorlar indi pul siyasətinə dair əlavə siqnallar əldə etmək üçün FED-in 16-17 iyun tarixlərində keçirilmiş iclasının çərşənbə günü açıqlanacaq protokollarını gözləyirlər.
J.P. Morgan bildirib ki, əsas sektorlardan qızıla tələb əvvəl gözlənildiyi qədər güclü olmayacaq. Bu isə bu il qızıl qiymətlərinin artımını məhdudlaşdıraraq üçüncü rübdə 4 300 dollar, dördüncü rübdə isə 4 500 dollar səviyyəsində saxlaya bilər.
Digər qiymətli metallar arasında gümüş gün ərzində iyunun 23-dən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra 0,6% ucuzlaşaraq bir unsiya üçün 62,03 dollara düşüb. Platinin qiyməti 0,1% düşərək 636,60 dollara, palladium isə 0,2% geriləyərək 1 271,75 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Yeni Toyota RAV4 16 800 manat ilkin ödənişlə Toyota Abşeron-da - *0110
-
9 saat əvvəl
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” Hüquq Büro xidmətini satın alır - TENDER ®
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
11 saat əvvəl
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Gələn ilin dövlət büdcəsi ilə bağlı mühüm mərhələ başladı
“NEO BOKT” ASC-nin və “KollektA” ASC-nin səhmlərinin abunə yazılışı müddəti uzadılıb
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
SOCAR Qərbi Afrikada iri neft-qaz layihəsinə qoşuldu -PAY ALDI
“KollektA”dan 16%-lik istiqraz – 2 milyon manat cəlb edəcək
BFB-dən “PRIOR LEASING”in istiqrazlarına yaşıl işıq
Sement ixracında 20%-lik geriləmə






















