ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
ABŞ Maliyyə naziri Scott Bessent bildirib ki, yük gəmilərinin keçidi üçün Hörmüz boğazının yenidən açılması məsələsində nikbindir və administrasiyanın qlobal neft təchizatındakı çatışmazlığı aradan qaldırmaq üçün ardıcıl şəkildə irəlilədiyini vurğulayıb.
MArja xəbər verir ki, Bessent Fox News-ə verdiyi müsahibədə deyib:
“Vaxt keçdikcə ABŞ boğazların nəzarətini yenidən ələ keçirəcək və istər ABŞ-ın müşayiət gəmiləri, istərsə də çoxmillətli müşayiət gəmiləri vasitəsilə gəmiçilik azadlığı təmin olunacaq.”
Bessent bildirib ki, qlobal neft bazarında “gündə təxminən 10–12 milyon barel həcmində çatışmazlıq” var və onlar bu boşluğu doldurmağa çalışırlar. O əlavə edib ki, Beynəlxalq Enerji Agentliyi (International Energy Agency - (IEA) tərəfindən strateji ehtiyatlardan koordinasiyalı şəkildə edilən sərbəst buraxılış bu çatışmazlığı aradan qaldırmaq üçün gündə təxminən 4 milyon barel töhfə verir.
Maliyyə naziri həmçinin Donald Tramp administrasiyasının Rusiya və İran neftinə qarşı sanksiyaları aradan qaldırmaq addımına da diqqət çəkib və bu neftin artıq dənizdə olduğunu bildirib. Nazir vurğulayıb ki, bu qərar ABŞ-ın iki rəqibinə əlavə maliyyə vəsaiti qazandırmır və “bu rejimlərin heç biri üçün əlavə pul yoxdur”.
Husilər tərəfindən hücumlar səbəbindən Qırmızı dəniz üzərindən təchizatın yenidən pozula biləcəyi ilə bağlı sual veriləndə Bessent bildirib:
“İndiyədək husilər çox sakit qalıblar.”
Husi silahlıları şənbə günü İrayilə ballistik raketlər atıblar və Bessent qeyd edib ki, bombardman İsraili hədəf alıb. Qırmızı Dənizlə bağlı isə o deyib:
“İndiyədək kifayət qədər sakit qalıblar və yəqin ki, belə davam edəcək.”
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 12 saat sonra
-
8 d. əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 14 d. əvvəl
- 34 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
2 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
2 saat əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Tikinti sektoruna verilən kreditləri kəskin artıb

























