Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
ABŞ Prezidenti Donald Tramp İrana doğru gedən böyük gəmilərinin olduğunu bildirərək, “İranla bir razılaşmaya nail olmaq istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar, razılaşa bilməsək, yəqin ki, pis şeylər olacaq,” deyib.ABŞ Prezidenti Tramp Oval Ofisdə təşkil olunan bir imza mərasimində İran gündəmi ilə yanaşı Rusiya–Ukrayna danışıqlarında son vəziyyəti dəyərləndirib.
Marja xəbər verir ki, Tramp bir tərəfdən İrana doğru gedən “çox böyük” gəmilərinin olduğunu qeyd edərkən, digər tərəfdən bu ölkənin rəsmiləri ilə danışıqların davam etdiyini söyləyib.
“İranla bir razılaşmaya nail olmaq istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar, razılaşa bilməsək, yəqin ki, pis şeylər olacaq,” deyə danışan Tramp, diplomatik prosesə açıq olduğu mesajını verib.
İranla bağlı prosesin mənfi istiqamətdə getməsi halında nələrin ola biləcəyi sualına “Bunu sizə deməyim axmaqlıq olardı,” cavabını verən Tramp, İranla danışıqların davam etdiyinə işarə edib.
“Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı gedirik”
Tramp Rusiya–Ukrayna sülh danışıqları mövzusunda da ümidli olduqlarını və görüşlərin yaxşı getdiyini vurğulayıb.
Sülh sazişi ehtimalı ilə bağlı müsbət qiymətləndirmə edən Tramp, “Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı gedirik. Bunu ilk dəfə deyirəm, düşünürəm ki, hazırda yaxşı gedir, bəlkə də tezliklə yaxşı xəbərlər ala bilərik,” deyə bildirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putindən hər iki ölkədəki həddindən artıq soyuq hava şəraitini əsas gətirərək “Ukraynanı bir həftə vurmaması” xahişini etdiyini və Putinin də bunu qəbul etdiyini bir daha təkrarlayıb.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























