Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
22 Noyabr 2025 – ci il tarixdə, Bakıda, öz sahəsində xüsusi uğurları, fərqli yanaşmaları və yaratdıqları trendlərlə seçilən şəxslərə və şirkətlərə “BEST OF CITY AWARDS 2025” mükafatını təqdimatı mərasimi keçirilib.
Marja.az xəbər verir ki, bu nüfuzlu tədbirin məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən istedadlı insanları bir araya gətirmək, onları geniş ictimaiyyətə tanıtmaq və nominantlar arasında əməkdaşlığı daha da gücləndirmək idi.
Qeyd edək ki, mukafatçılar arasında “İlin PR Mütəxəssisi” adını alan ABŞ, BƏƏ və Azərbaycanda İctimaiyyətlə Əlaqələr sahəsidə çalışan həmyerlimiz Əli Hacızadə də var.
Aparıcılığı Əməkdar Artist Elnur Kərimov tərəfindən həyata keçirilən gecə möhtəşəm atmosferi və zəngin proqramı ilə yadda qaldı. Tədbirdə bir çox tanınmış simalar iştirak edib. Mükafatçılar sırasında Vüqar İskəndərov, Hacı Nuran, Xəyalə Quliyeva, Rübail Əzimov, və digər nüfuzlu şəxslər yer alıb.
Mukafatçıların seçilməsi prosesi ciddi rəqabət və hərtərəfli qiymətləndirmə şəraitində keçib. Bu seçim prosesi peşəsinin ən yaxşılarını şeçməyə imkan verib.
Qeyd edək ki, layihənin Beynəlxalq direktorları İlmirzə Ağabəyov və Tural Ələkbərovdur. Onların peşəkar işi sayəsində “BEST OF CITY AWARDS 2025” bu il də geniş rezonans doğurdu.
Tədbir yalnız Azərbaycan ilə məhdudlaşmayıb belə ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrdən gələn iştirakçılar və qonaqlar da iştirak edərək tədbirə beynəlxalq rəng qatdılar.
Caspian Events Group bir daha sübut etdi ki, yaratdığı layihələr təkcə yerli deyil, həm də beynəlxalq səviyyədə böyük maraqla qarşılanır. “BEST OF CITY AWARDS 2025” isə paytaxtın ən uğurlu, ən ilhamverici və ən dinamik simalarını bir səhnədə birləşdirən nüfuzlu platforma kimi yaddaşlara həkk olundu.
Müşfiq Səfərəliyev
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























