Azərbaycanın tikinti şirkətinin xalis mənfəəti 3 dəfə artıb - 14 MİLYON MANATDAN ÇOX QAZANC
İnşaat sektorunda fəaliyyət göstərən “Protean Construction” ASC 2021-ci ili 14 milyon 139 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin xalis mənfəəti 3 dəfə artıb. “Protean Construction” ASC 2020-ci ili 4 milyon 655 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2020-ci ildə “Protean Construction” şirkətinin müqavilələr üzrə gəlirləri 25 milyon 347 min manat ikən, 2021-ci ildə 27 milyon 170 min manata yüksəlib (əsas əməliyyat gəliri 1 milyon 823 min manat artıb). Eyni zamanda, şirkət ehtimal olunan kredit zərərlərin bərpası hesabına 7 milyon 550 min manat da vəsait əldə edib.
Həm müqavilələr üzrə gəlirlərin artması, həm də ehtimal olunan kredit zərərlərin bərpası hesabına “Protean Construction” şirkətinin xalis mənfəəti kəskin artıb.
Ötən il “Protean Construction” şirkətinin 34 milyon 763 min 698 manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 20 milyon 624 min 556 manat təşkil edib. 2020-ci ildə “Protean Construction” şirkətinin 25 milyon 346 min 598 manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 20 milyon 691 min 385 manat təşkil etmişdi.
31 Dekabr 2021-ci il tarixində “Protean Construction” ASC 22 milyon 994 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 18 milyon 77 min manat cəmi aktivlərə malik idi.
2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 38 d. əvvəl
-
59 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi





















