970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

Universitet 1 ildə mənfəətini 2,2 milyon manat artırıb.
AzVak-mobil_resmin_ustu_31
Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Odlar Yurdu Universiteti” 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub.

Marja.az universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsinin xalis mənfəəti 5 milyon 338,6 min manat olmuşdu. Beləliklə, universitetin xalis mənfəəti bir il ərzində 2 milyon 234,3 min manat və ya 41,9% artıb.

Reklam_3_11

Universitetin ümumi gəlirləri də nəzərəçarpacaq dərəcədə yüksəlib. 2025-ci ildə ümumi gəlirlər 16 milyon 446,4 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 11 milyon 386,1 min manat idi. Beləliklə, gəlirlər 5 milyon 60,4 min manat və ya 44,4% artıb.

Diqqətçəkən məqam ondan ibarətdir ki, əsas əməliyyat gəlirləri demək olar dəyişməyib. Universitetin əsas əməliyyat gəliri 2024-cü ildə 11 milyon 267,9 min manat olduğu halda, 2025-ci ildə 11 milyon 272,9 min manat təşkil edib. Artım cəmi 4,95 min manat və ya təxminən 0,04% olub.

Gəlirdəki əsas sıçrayış “sair əməliyyat gəlirləri” hesabına baş verib. Bu gəlirlər 2024-cü ildə 118,2 min manat olduğu halda, 2025-ci ildə 5 milyon 173,6 min manata yüksəlib. Başqa sözlə, sair əməliyyat gəlirləri 5 milyon 55,4 min manat və ya təxminən 42,8 dəfə artıb.

Bu göstərici universitetin 2025-ci ildə ümumi gəlirlərindəki artımın əsas hissəsinin əsas təhsil fəaliyyətindən deyil, digər əməliyyat gəlirlərindən formalaşdığını göstərir.

Universitetin əməliyyat mənfəəti də ciddi artıb. 2024-cü ildə 5 milyon 398,2 min manat olan əməliyyat mənfəəti 2025-ci ildə 8 milyon 321,2 min manata çatıb. Artım 2 milyon 923 min manat və ya 54,1% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Vergitutma öncəsi mənfəət isə 5 milyon 387,9 min manatdan 8 milyon 321,2 min manata yüksəlib. Bu, 2 milyon 933,3 min manat və ya 54,4% artım deməkdir.

Vergiyə cəlb olunan mənfəət 13 dəfədən çox artıb

Maliyyə hesabatına görə, universitetin vergitutmaya cəlb olunan mənfəəti 2024-cü ildə 280 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 741,5 min manata çatıb. Artım 3 milyon 461,5 min manat və ya 1 236,2% təşkil edib.

Bunun nəticəsində mənfəət vergisi də kəskin artıb. Universitet 2024-cü ildə 56 min manat mənfəət vergisi hesabladığı halda, 2025-ci ildə bu məbləğ 748,3 min manat olub. Mənfəət vergisi bir ildə 692,3 min manat və ya 13,4 dəfə artıb.

Hesabatda 2025-ci il üzrə mənfəət vergisi üzrə güzəşt məbləği 4 milyon 579,7 min manat göstərilib. 2024-cü ildə həmin göstərici 5 milyon 107,9 min manat təşkil etmişdi.

Xərclər də artıb

Gəlirlərin və mənfəətin yüksəlməsi fonunda universitetin bir sıra xərc maddələrində də artım qeydə alınıb. İnzibati xərclər 2024-cü ildə 5 milyon 347,1 min manat olduğu halda, 2025-ci ildə 6 milyon 996,8 min manata yüksəlib. Artım 1 milyon 649,7 min manat və ya 30,9% təşkil edib.

Kommersiya xərcləri isə 579,9 min manatdan 1 milyon 24,1 min manata yüksəlib. Bu xərc maddəsi 444,2 min manat və ya 76,6% artıb.

Malın maya dəyəri üzrə xərc də 60,9 min manatdan 104,4 min manata yüksələrək 71,4% artıb.

Öhdəliklər 12,5 milyon manata yaxınlaşıb

Universitetin balans göstəricilərində də artım müşahidə olunur. “Odlar Yurdu Universiteti”nin cəmi aktivləri 2025-ci ildə 2 milyon manatdan çox artıb. 2025-ci ilin sonunda universitetin cəmi aktivləri 12 milyon 475 min 240,33 manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 10 milyon 383 min 907,52 manat idi. Beləliklə, “Odlar Yurdu Universiteti”nin aktivləri bir il ərzində 2 milyon 91 min 332,81 manat və ya 20,1% artıb. Aktivlərdəki artım əsasən qısamüddətli aktivlərin, xüsusilə pul vəsaitlərinin kəskin yüksəlməsi hesabına baş verib.

2025-ci ilin sonunda universitetin cəmi kapital və öhdəlikləri 12 milyon 475,2 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 10 milyon 383,9 min manat idi. Beləliklə, cəmi kapital və öhdəliklər 2 milyon 91,3 min manat və ya 20,1% artıb.

Qısamüddətli öhdəliklər 2 milyon 129,3 min manatdan 2 milyon 682,3 min manata yüksəlib. Artım 552,9 min manat və ya 26% təşkil edib.

2025-ci ilin sonunda dövlət büdcəsinə vergi öhdəlikləri 684,8 min manat olub. 2024-cü ilin sonunda bu maddə üzrə borc göstərilməyib.

Digər öhdəliklər isə əksinə, 1 milyon 370,9 min manatdan 1 milyon 240,4 min manata düşüb. Azalma 130,5 min manat və ya 9,5% təşkil edib.

Audit hesabatına əsasən, “Odlar Yurdu Universiteti”nin və onun törəmə müəssisəsi “Odlar Yurdu Kolleci”nin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb. Auditor hesabatda maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müəssisənin maliyyə vəziyyətini ədalətli əks etdirdiyini bildirib.

Universitetin nizamnamə kapitalı 1 milyon manatdır. Hüquqi nümayəndəsi və rektoru professor Əhməd Vəliyevdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Odlar Yurdu Universiteti Odlar Yurdu Kolleci universitet gəlirləri universitet mənfəəti xalis mənfəət əməliyyat gəlirləri sair əməliyyat gəlirləri mənfəət vergisi audit hesabatı maliyyə hesabatı Əhməd Vəliyev.
02.10.2026 10:40
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19