970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Eyd edək ki, sentyabr ayında “KPMG” Assel Urdabayevanın Qafqaz və Mərkəzi Asiya üzrə Audit rəhbəri təyin edildiyini açıqlayıb.

Marja xəbər verir ki, təyinat 1 oktyabr 2026-cı il tarixindən qüvvəyə minib.

Yeni vəzifəsində Assel Urdabayeva KPMG-nin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Gürcüstan və Azərbaycan daxil olmaqla 6 ölkədə audit fəaliyyətinə rəhbərlik edəcək.

Şirkətin məlumatına görə, Assel Urdabayevanın maliyyə hesabatlarının auditi sahəsində 20 ildən artıq təcrübəsi var. O, KPMG-də fəaliyyəti dövründə Qafqaz və Mərkəzi Asiya regionunda, əsasən maliyyə xidmətləri sektorunda mürəkkəb audit layihələrinə rəhbərlik edib.

KPMG bildirib ki, onun sektor üzrə geniş təcrübəsi, biznesin inkişafı, regional layihələrin idarə olunması və güclü komandaların formalaşdırılması sahəsində bacarıqları şirkətin region üzrə audit praktikasının gələcək inkişafına töhfə verəcək.

Assel Urdabayeva yeni vəzifəsində əsas prioritetlərin regional komandalar arasında əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin artırılması və auditin keyfiyyətini və səmərəliliyini yüksəldən texnologiyalara investisiyaların davam etdirilməsi olacağını bildirib.

O vurğulayıb ki, bununla yanaşı peşəkar mühakimə, müstəqillik və hesabatlılıq audit fəaliyyətinin əsas prinsipləri olaraq qalacaq.

XXX

“KPMG Azerbaijan”da yeni rəhbər təyinatı həyata keçirilib.

Ülvi Yusifov şirkətdə direktor müavini (Associate Director) vəzifəsinə təyin olunub.

Marja.az “KPMG Azerbaijan”ın yaydığı məlumata istinadən xəbər verir ki, şirkətin vergi praktikasının inkişafı ilə yanaşı, transfer qiymətləndirilməsi də getdikcə daha mühüm istiqamətlərdən birinə çevrilir. Ülvi Yusifov bu sahənin inkişafında əhəmiyyətli rol oynayıb.

Şirkət qeyd edib ki, onun peşəkar təcrübəsi, işinə bağlılığı və yanaşması vergi mühitində artan mürəkkəbliyin idarə edilməsində mühüm töhfə verib.

“KPMG Azerbaijan” Ülvi Yusifova yeni vəzifəsində uğurlar arzulayıb və onun gələcək nailiyyətlərinin, eləcə də şirkətin fəaliyyətinə töhfələrinin davam edəcəyinə ümid etdiyini bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

KPMG Azərbaycan-da 7 əməkdaş menecer vəzifəsinə yüksəldilib

“KPMG Azərbaycan” şirkətində növbəti kadr dəyişiklikləri həyata keçirilib. Şirkətin müxtəlif fəaliyyət istiqamətləri üzrə 7 əməkdaşı menecer vəzifəsinə yüksəldilib.

Marja.az xəbər verir ki, vəzifəsi yüksəldilən əməkdaşlar audit, insan resursları, informasiya texnologiyaları, konsaltinq və sövdələşmələr üzrə məsləhət xidmətləri sahələrində fəaliyyət göstərirlər.

Menecer vəzifəsinə yüksəldilən əməkdaşlar bunlardır:

- Nihad Paşazadə – Audit;

- Lamiyə Tarverdizadə – İnsan resursları;

- Sabir Hacıyev – İnformasiya texnologiyaları xidmətləri;

- Orxan Babayev – Konsaltinq;

- Fərid Məmmədli – Sövdələşmələr üzrə məsləhət xidmətləri;

- Pərvin Xudaverdiyeva – Konsaltinq;

- Könül Axundzadə – Konsaltinq.

“KPMG Azərbaycan” bildirib ki, əməkdaşların vəzifə yüksəlişi onların peşəkar təcrübəsinin, işə bağlılığının, həm komandalara, həm də müştərilərə verdikləri töhfənin qiymətləndirilməsinin nəticəsidir.

Şirkət yeni vəzifəyə yüksələn əməkdaşları təbrik edərək onların yeni rollarında peşəkar inkişaflarını və uğurlarını davam etdirmələrini arzulayıb.

KPMG həmçinin 2027-ci maliyyə ilinə başladığını qeyd edərək qarşıdakı dövrdə komanda olaraq daha böyük nəticələr əldə etməyi hədəflədiyini bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

KPMG Azerbaijan Ülvi Yusifov direktor müavini Associate Director təyinat vergi transfer qiymətləndirilməsi transfer pricing KPMG Azərbaycan.
02.10.2026 20:41
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19