Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
iç səhifə xəbər şəkil altı (mobil)_32

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən yağ istehsalı layihəsi həyata keçiriləcək.

“Ağdam Agro Yağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Reklam_3_11

Şirkət tərəfindən Parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan yağ istehsalı müəssisəsinin yaradılması planlaşdırılır.

Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub.

Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Ağdam Sənaye Parkı Ağdam Agro Yağ yağ zavodu günəbaxan yağı qarğıdalı yağı soya yağı pambıq yağı 14 2 milyon manat investisiya Qarabağ İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parkı yerli istehsal
02.10.2026 17:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19