Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi

AzVak-mobil_resmin_ustu_31
17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.

Marja .az xəbər verir ki, bu barədə Mərkəzi bankın veb-saytında məlumat yerləşdirilib.

Reklam_3_11

2026-ci ilin oktyabr ayının 1-dən etibarən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.

Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azər Ələsgərov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin universitetin eyni ixtisası üzrə magistr dərəcəsindən məzun olmuşdur.

Əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı ekspert vəzifəsi ilə başlamışdır. 1997-2000-ci illərdə Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı iqtisadçı, 2000-2005-ci illər ərzində isə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı və daha sonra şöbə rəisi vəzifələrində çalışmışdır. 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, həmin departamentin direktor müavini - Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2009-cu ilin iyun ayından 2026-cı ilin oktyabr ayınadək Pul siyasəti departamentinin direktoru vəzifəsində işləmişdir.

2012-ci ildə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azər Ələsgərov xarici və yerli jurnal və qəzetlərdə dərc edilmiş, sosial-iqtisadi problemlərə həsr olunmuş 90-dan çox analitik məqalənin müəllifidir.

Ailəlidir, 2 övladı var.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB Azər Ələsgərov Mərkəzi Bank baş direktoru AMB-də təyinat Pul siyasəti departamenti Vüqar Əhmədov Mərkəzi Bank rəhbərliyi pul siyasəti monetar siyasət məzənnə siyasəti
02.10.2026 11:37
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19