"Əczaçılara bir müştəriyə 10 maska satılması təlimatı verilib"
Dünyada koronavirus epidemiyasının yayılması və çox sayda insan təlafatı əhali arasında təşvişə səbəb olub. Azərbaycana qonşu olan İranda da bu virusun aşkar olunması səbəbindən paytaxt Bakıda qoruyucu maskalara olan təlabat birə beş artıb. Bu isə insanların təşvişinə səbəb olub. Bəzi işbazlar isə bu vəziyyətdən istifadə edir. Belə ki, artıq apteklərdə tibbi maska qıtlığı müşahidə olunur. Hətta bir çox apteklər bazalarında maskaların qalmadığını iddia edirlər.
"Avis" Tibbi Marketlər şəbəkəsinin satınalma müdiri Lalə Əliyeva bildirib ki, apteklərində maska qıtlığı hiss olunur. Onun sözlərinə görə, müraciət edən müştəri sayı da çoxalıb.
L.Əliyeva qeyd edib ki, apteklərində əsasən Türkiyə istehsalı olan tibbi maskaları satılır: “Bu maskalar tam steril, üçqatlı və iplikləri qalın toxunulmuş formadadır. Digər maskalarla müqayisədə fərq çox hiss olunur. Qiyməti 50 qəpikdir və heç bir artım olmayıb”.
O bildirib ki, əczaçılara bir müştəriyə 10 ədəd maska satılması ilə bağlı təlimat verilib və topdansatışa icazə yoxdur: “Çünki depoda az sayda maska qalıb, sifariş vermişik, gəlməlidir”.
"Zəfəran" apteklər şəbəkəsindən isə qeyd edilib ki, əməkdaşlıq etdikləri apteklərin heç birində hazırda qoruyucu maska yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qoruyucu maskaların satışı ilə bağlı özəl şirkətlər məşğul olduğundan bu işə nəzarət nazirliyin səlahiyyəti xaricindədir.
İqtisadiyyat Nazirliyindən isə qeyd olunub ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: “Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Qeyd edək ki, müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla açıqlamasında qoruyucu maskaların iki saatdan bir dəyişilməli olduğunu deyib. Onun sözlərinə görə, insanlar üzərində "tibbi maska" yazılanlardan istifadə etməli və maska ağız və burunu örtməlidir.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlər sayı 2769 nəfərə çatıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
15 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
32 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır































