“Sabina”nın “İDEAL”a satıldığı bildirilir
“Sabina” mağazalar şəbəkəsinin satıldığı bildirilir. Məlumata görə, “Sabina” mağazaları “İDEAL Parfumery and Cosmetics" şirkəti tərəfindən alınıb.
Sövdələşmənin qiyməti hələki məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da məlumdur. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.
Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.
Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.
Məlumata görə, hazırda İDEAL mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.
"ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.
“Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. “Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev 4 ay bundan əvvəl ürəktutmasından Fransanın Kann şəhərində vəfat edib. Məlumata görə, bundan sonra şirkətin işlərində axsama qeydə alınıb və mərhumun ailəsi xaricdə yaşadıqları üçün onlar Azərbaycandakı bizneslərini satmaq qərarına gəliblər.
Qeyd edək ki, Fuad Şıxəliyev azərbaycanlı milyarder Araz Ağalarovun dayısı nəvəsidir.
© Ena
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 9 saat sonra
-
-
6 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















