Agentliyin sədri vətəndaşları zəhərləyən restoranların adlarını açıqladı
"Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında zəhərlənmə faktları qeydə alınıb
"Dekabrın 23-də ilk olaraq "Baku City" içkidən zəhərlənmə ilə bağlı məlumat daxil olub. Həmin andan etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərilə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.
Q.Təhməzli qeyd edib ki, araşdırmalar nəticəsində ictimai iaşə obyektlərindən 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər laborator müyainlərə cəlb edilib:
“2 saat ərzində hadisənin saxtalaşdırılmış halda, kustar üsulla hazırlanan "Chivas Regal 12" adlı içkidən olduğu müəyyən edilib. Bu içkinin tərkibində metanolun faizi 76,6 faiz aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir".
Q.Təhməzli bildirib ki, içkidən zəhərlənmə hadisələri "Baku City" "Everst", "Piano", "Madonna", "Hashtag" adlı restoran və kafelərdə, eyni zamanda Abşeron rayonundakı bir evdə aşkar edilib:
“Hüquq mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama da yayılıb. Artıq "Baku city" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb. "Madonna" və "Piano"da isə araşdırmalar davam edir. "Hashtag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır".
Q.Təhməzli qeyd edib ki, ötən gün "Madonna" restoranında da bir ailənin üzvləri olan ər-arvad içkidən zəhərlənib.
"Onlarda da zəhərlənmə həmin viskidən olub və metanolun yüksək faizlə nisbəti aşkar edilib. Təəsüf ki, ictimai iaşə obyektlərinin sahibləri həll də kustar üsulla hazırlan içkiləri ictimai və kütləvi qidalanmaya verirlər. Bir daha Azərbaycanın bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran və kafelərin rəhbərlərinə müraciət edirəm ki, bu cinayət işidir".
AQTA sədri deyib ki, bu işdə əli olan hər hansı ictimai iaşə obyektinin səhvləri, asan yolla əlavə gəlir əldə etmək istəyi onlara çox baha başa gələ bilər:
"Bu işdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İçkilərin Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayəyə götürülən evdə hazırlandığı aşkar edilib, araşdırmalat davam edir. Hadisələrin baş verildiyi obyektlərin sayı 5-10 olsa da, kustra üsulla hazırlandığı aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı peşəkar çalışdılar".
© "Modern"
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
39 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
45 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat



























