Azərbaycanın böyük mebel şirkəti gələn il üçün planlarını açıqladı
(®) Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biri olan Qardaşlar Mebel şirkəti gələn il üçün olan planlarını açıqladı.
Şirkətin rəhbəri Əli Mirzəyev 2019-cu ili Qardaşlar Mebel üçün uğurlu olduğunu söylədi.
“Bu il də qeyri-neft sektorunun inkişafına ayrılan diqqət yerli istehsal həcmimizin artmasına öz təsirini göstərdi. Müştəri məmnuniyyətimiz əvvəlki illərdə olduğu kimi bu ildə müsbət tendensiya ilə davam etdi. Həmçinin şirkət olaraq 2019-cu ildə “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görüldük. Bütün bu və baş verən digər yenilikləri növbəti ilə olan planlarımızın davamı olaraq dəyərləndiririk".
Növbəti il üçün olan planlarını açıqlayan şirkət rəhbəri strateji inkişaf xəritəsinin geniş olduğunu qeyd etdi: “Biz əvvəlki illərdə olduğu kimi bu il də insan kapitalına yatırım etməyə davam edəcəyik. Fabrik əməkdaşlarının daha da peşəkar olması üçün müvafiq istiqamətlər üzrə təlimlər təşkil etməyi planlaşdırırıq. Növbəti ildən başlayaraq müştərilərin maarifləndirilməsi istiqamətində də bir çox işlər görməyi hədəfləyirik. Qardaşlar Mebel olaraq müştəri vərdişlərinin öyrənilməsinə fokuslanaraq istehsal etdiyimiz mebellərə daha çox praktiklik qatmağı planlaşdırırıq”.
"MEBELLƏRİMİZ DÜNYA MARKALARI İLƏ YAN-YANA DURMAĞA LAYİQDİR"
Məhsullarının xarici bazarlara ixrac olunması haqqında məlumat verən Əli Mirzəyev bu məsələnin onların üçün prioritet təşkil etdiyini söylədi: “Biz "Made in Azerbaijan" brendi altında istehsal etdiyimiz mebellərimizi xarici bazarlara çıxartmaqda maraqlıyıq. Bu istiqamətdə müəyyən nəticələr əldə etsək də, bununla kifayətlənmək istəmirik. Biz bilirik ki, istehsal etdiyimiz mebel digər dünya markaları ilə yan-yana durmağa layiqdir. Bu hədəfimizə daha tez çatmaq üçün mümkün olan bütün marketinq alətlərindən istifadə edəcəyik.”
Qeyd edək ki, Qardaşlar Mebel şirkətinin hal-hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib

























