Sahibkarlar Kapital Bank-ı tövsiyə edir
® Özsüt brendi 80 ildən artıqdır ki, ənənəvi qənnadı sirləri və xüsusi reseptlərindən istifadə edərək ləziz təamları ilə müştərilərinin xidmətindədir.
Ölkəmizin paytaxtında yerləşən restoranlar şəbəkəsinin 4 şöbəsi öz qonaqlarını hər zaman rahat və səmimi mühit ilə qarşılayır. Pozitiv enerjisi və təbəssümü ilə seçilən Özsüt personalı isə şöbələrinin ziyarətçilərinə diqqət və qayğı ilə yanaşır. Qonaqlarda xoş təəssüratlar yaratmaq, onları sevindirmək üçün burada mütəmadi olaraq fərqli menyular, müxtəlif aksiya və kampaniyalar, eləcədə digər yeniliklər təqdim olunur.
Özsütün Gənclik Mall-da yerləşən şöbəsinin meneceri Sərvan Əliyev restoran şəbəkəsində xidmət səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açdı. “Zövqlərə xitab gətirəcək yeməklərimiz, zəngin və fərqli menyu, restoranlarımızda yaratdığımız gözəl ab-hava ilə yanaşı, yüksək səviyyəli servis göstərmək üçün şəbəkəmizə peşəkar maliyyə tərəfdaşı da gərəkdir. Bir neçə il əvvəl şəbəkəmizin genişləndirilməsi üçün şirkətimizə sərmayə qoymaq lazım idi. Çox düşünmədən biz kreditlə bağlı Kapital Bank-a müraciət etdik və bununla bizim partnyorluğumuzun ilk addımı atıldı. Yeri gəlmişkən, çətin dövrdə bizə dəstək göstərdiyi üçün Kapital Bank-a çox sağol demək istəyirəm. Əməkdaşlığımızın uğurlu olacağına əmin idik. Çünki Kapital Bank-a müraciət etməyimizin səbəblərindən biri də bir çox müştərilərimizin hesabı ödəyərkən BirKart-dan istifadə etmələri idi. Görünür ki, bank və onun məhsulları insanlar tərəfindən böyük rəğbət qazanıb”, - deyə, Sərvan Əliyev bildirib.
“Müasir zamanda, xüsusən də qida sahəsində təklif olunan yeməklərin keyfiyyətli olması ilə yanaşı, sifarişlərin vaxtında masaya verilməsindən tutmuş, hesabı təqdim edənə qədər diqqətli və sürətli olmalısan. Bu səbəbdən biz Özsüt-ün şöbələrində son günlər ölkədə gündəmdə olan smart kassa cihazlarını quraşdırmaq qərarına gəldik. Partnyorumuz olan Kapital Bank-ın yeni kassaları barədə məlumat aldıqda dərhal onlara üz tutduq. Xüsusilə qeyd etmək istərdim ki, cihazlar bank tərəfindən bizə tam ödənişsiz şəkildə təqdim olundu. Bu kassalar həm bizim, həm də nağdsız ödənişlərə üstünlük verən, eləcə də BirKart-dan istifadə edən müştərilər üçün çox əlverişlidir. Yeni cihazların quraşdırılması həm işçi personalın, həm də müştərilərin işini xeyli yüngülləşdirib”, - deyə, Sərvan Əliyev bildirib.
Qeyd edək ki, Özsüt restoranlar şəbəkəsi həmçinin BirKart taksit kartının partnyorudur. Bəzən olur ki, müştərilər öz əlamətdar günlərini qeyd etmək üçün bizim restoranlara üz tuturlar. Təbii ki, bu zaman tələb olunan vəsait adi nahar vaxtı ödənilən məbləğdən daha artıq olur. Müştərilərimizə bildirmək istərdim ki, artıq daha böyük ödənişlərini restoranlarımızda BirKart-la edib, məbləği 2 ay ərzində bərabər hissələrlə, heç bir əlavə faiz və komissiyasız ödəyə bilərlər.
Yeni təamlar dadmaq və gözəl vaxt keçirmək istəyən hər kəsi Özsüt restoranlar şəbəkəsinin şöbələrində gözləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
2 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
3 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda























