Dövlət bankı kreditlərin faizinə 4%-dək endirim tətbiq etdi
(®)Dövlət bankı Azər Türk Bank dekabr ayının 2-dən etibarən “Qış Kampaniyası” adlanan növbəti endirim kampaniyasına başlayıb.
2020-ci ilin 31 yanvar tarixinədək davam edəcək bu kampaniya müddətində “İstehlak”, kreditlərinin illik faiz dərəcəsinə 4%-dək endirim tətbiq edilir.
Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilmişdir.
Bundan əlavə, Bank göstərilən tarixlər ərzində müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılması barədə qərar vermişdir.
Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).
Bankda əmanət yerləşdirmək istəyən müştərilər də “Qış Kampaniyası”ndan faydalana biləcəklər. Belə ki, dekabr ayı ərzində milli valyutada açılan 36 aylıq “Klassik” əmanətinin faizləri artırılaraq 10% səviyyəsində müəyyənləşdirilmişdir.
Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Cari ilin 01-30 dekabr tarixləri arası Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və MasterCard Platinum debet kartlarını dəyərinin cəmi 20% ödəməklə əldə edəcəklər.
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Eləcə də 30 dekabr tarixinədək kredit kartı alan müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold və ya VISA Gold kartları Bank tərəfindən hədiyyə olunacaq.
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)




.jpg)






