Bankların aktivlərində kapital bazarına investisiyaların payı azdır
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankdan 30-nun aktivlərində qiymətli kağızlara investisiyaların payı 17%-dən çox deyil.
Bu aparılan araşdırma nəticəsində məlum olub.
Yalnız bir bank - Pakistan Milli Bankının Bakı filialı aktivlərinin 53,8%-ni fond bazarına yönəldib. Bu da onun kreditləşmədə elə də aktiv olmaması ilə bağlıdır.
Qalan 30 bankdan 20-si kapital bazarına pul qoyub ki, bunlardan da 5-də sözügedən nisbət 10-17% arasında, 4 bankda 5-10% arasında, 10 bankda 1-5% arasında, 1 bankda - "Express Bank"da isə cəmi 0,3%-dir.
Hesabat tarixinə, bank sektoru üzrə orta nisbət isə 4,3% təşkil edib.
№ | Bankın adı | Bankın aktivlərində qiymətli kağızlara investisiyaların payı |
1 | Pakistan Milli Bankı - Bakı | 53,8% |
2 | İran Milli Bankı - Bakı | 16,8% |
3 | Bank Avrasiya | 15,9% |
4 | Bank of Baku | 11,4% |
5 | AFB Bank | 10,2% |
6 | Yapı Kredi Bank Azərbaycan | 10,2% |
7 | Zıraat Bank Azərbaycan | 9,0% |
8 | Rabitə Bank | 8,6% |
9 | Kapital Bank | 7,8% |
10 | Xalq Bank | 6,5% |
11 | Unibank | 4,6% |
12 | PAŞA Bank | 3,9% |
13 | Azərbaycan Beynəlxalq Bankı | 3,8% |
14 | Nikoyl Bank | 3,5% |
15 | Bank Respublika | 3,1% |
16 | Turan Bank | 2,8% |
17 | Bank BTB | 2,5% |
18 | Atabank | 2,4% |
19 | Amrah Bank | 2,0% |
20 | Access Bank | 1,7% |
21 | Azər-Türk Bank | 1,4% |
22 | Express Bank | 0,3% |
23 | Azərbaycan Sənaye Bankı | 0,0% |
24 | AGBank | 0,0% |
25 | Bank Silk Vey | 0,0% |
26 | Bank VTB Azərbaycan | 0,0% |
27 | Dəmir Bank | 0,0% |
28 | Günay Bank | 0,0% |
29 | Muğan Bank | 0,0% |
30 | Naxçıvan Bank | 0,0% |
31 | NBC Bank | 0,0% |
| Orta hesabla | 4,3% |
© Renkinq
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























