Azərbaycanın əksər bankları öhdəliklərinin hesabına "böyüyüb"
Azərbaycanda fəaliyyət göstərən əksər bankların aktivləri onların öhdəliklərinin hesabına formalaşıb. Başqa sözlə, bank aktivlərində balans kapitalının payı elə də çox deyil.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Belə ki, bu il oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədəki 31 bankdan 9-nun aktivlərində öhdəliklərin payı 90%-dən yüksəkdir. Yəni, həmin banklarda balans kapitalının aktivlərində payı heç 10%-ə də çatmır. Bunlar "Azərbaycan Beynəlxalq Bankı", "Dəmir Bank", "Bank Respublika", "Unibank", "Access Bank", "Bank of Baku", "Kapital Bank", "Azərbaycan Sənaye Bankı" və "Bank VTB Azərbaycan"dır.
Qalan 22 bankdan 11-də öhdəliklərin aktivlərə nisbəti 80-90% arasında, 6 bankda 60-80% arasında, 4 bankda 30-60% arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında isə cəmi 7,8%-dir. Başqa sözlə, Pakistan bankının aktivlərində balans kapitalının payı 92,3%-dir.
Hesabat tarixinə, bank sektoru üzrə orta nisbət isə 88,4%-11,6% təşkil edib.
№ | Bankın adı | Bankın aktivlərində | |
Öhdəliklərin payı | Balans kapitalının payı | ||
1 | Azərbaycan Beynəlxalq Bankı | 94,8% | 5,2% |
2 | Dəmir Bank | 94,0% | 6,0% |
3 | Bank Respublika | 93,4% | 6,6% |
4 | Unibank | 92,9% | 7,1% |
5 | Access Bank | 90,8% | 9,2% |
6 | Bank of Baku | 90,7% | 9,3% |
7 | Kapital Bank | 90,5% | 9,5% |
8 | Azərbaycan Sənaye Bankı | 90,4% | 9,6% |
9 | Bank VTB Azərbaycan | 90,4% | 9,6% |
10 | Nikoyl Bank | 90,0% | 10,0% |
11 | AGBank | 89,8% | 10,2% |
12 | Turan Bank | 88,7% | 11,3% |
13 | PAŞA Bank | 88,6% | 11,4% |
14 | Rabitə Bank | 88,3% | 11,7% |
15 | Muğan Bank | 86,2% | 13,8% |
16 | Xalq Bank | 86,0% | 14,0% |
17 | Yapı Kredi Bank Azərbaycan | 85,0% | 15,0% |
18 | Bank BTB | 84,4% | 15,6% |
19 | Azər-Türk Bank | 81,9% | 18,1% |
20 | AFB Bank | 80,7% | 19,3% |
21 | Amrah Bank | 79,6% | 20,4% |
22 | Atabank | 76,0% | 24,0% |
23 | Bank Silk Vey | 69,6% | 30,4% |
24 | NBC Bank | 67,5% | 32,5% |
25 | Günay Bank | 67,1% | 32,9% |
26 | Zıraat Bank Azərbaycan | 61,7% | 38,3% |
27 | Bank Avrasiya | 58,3% | 41,7% |
28 | Express Bank | 51,7% | 48,3% |
29 | Naxçıvan Bank | 46,8% | 53,2% |
30 | İran Milli Bankı - Bakı | 32,3% | 67,7% |
31 | Pakistan Milli Bankı - Bakı | 7,8% | 92,3% |
| Orta hesabla | 88,4% | 11,6% |
© "Renkinq"
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 29 d. əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























