Expressbank müştəriləri üçün xüsusi güzəştlər
Expressbank MasterCard növlü kart sahibləri üçün yeni - Priceless Specials proqramına start verir. Artıq Expressbank-ın bütün Mastercard® və Maestro® kart sahibləri Bakının bir çox xidmət və satış nöqtələrində müxtəlif kateqoriyalar üzrə (kafe, restoran, sağlamlıq, spa, parfümeriya, mebel, ev aksesuarları, gül butikləri və digər sektorlar) eksklüziv endirimlər əldə edəcəklər.
Kampaniya ilə bağlı müvafiq satış nöqtələrinin siyahısı və endirimlər haqqında ətraflı məlumatı www.mastercard.az saytına daxil olmaqla öyrənmək mümkündür. Amma bu da son deyil! Expressbank-ın kartlarıyla alış-veriş edən müştərilər nəinki endirim, həmçinin ExpressClub layihəsi çərçivəsində 20%-dək “cashback” qazanırlar.
Xatırladaq ki, Expressbankdan Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərsiniz. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. İstənilən Expresspay terminalı və mobil pul kisəsi vasitəsi ilə bankın kartlarına dərhal, rahat və komissiyasız vəsait yerləşdirə bilərsiniz.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 4000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























