Azərbaycanda bağlanmış ən irihəcmli əqdlər açıqlanıb
"Deloitte" şirkəti son 15 il ərzində Azərbaycanda bağlanan ən irihəcmli əqdləri açıqlayıb.
Şirkətdən verilən məlumata görə, ilk yerdə "Devon Energy Corporation" ilə "BP Plc", "Chevron Corporation", "Itochu Corporation", "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 5,63%-lik payın alınmasına dair bağlanan əqd dayanır. 2010-cu ilin avqustun 16-da əqdin məbləği 3,416 mlrd. dollar təşkil edir.
İkinci yerdəki əqdin məbləği 2,250 mlrd. dollardır. Belə ki, məhz bu məbləğə "Petronas Gas Berhad" şirkəti "Statoil ASA"-dan "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrində (hər ikisindən) 15,5% səhm alıb. Əqd 2015-ci ilin aprelin 30-da bağlanıb.
2014-cü ilin dekabrın 31-də "Turkish Petroleum Corporation" "Şahdəniz" və "Cənub Qafqaz Bor Kəməri" layihələrindəki 10%-lik səhm paketinə yiyələnmək üçün "Total S.A."-ya 1,500 dollar ödəyib. Beləliklə, bu, son 15 il ərzində Azərbaycanda bağlanan üçüncü ən irihəcmli əqddir.
Dördüncü yerdə "BP Plc" və SOCAR ilə "Statoil ASA" arasında bağlanan əqd yer alıb. Belə ki, 2014-cü ilin mayın 6-da Norveç nəhəngi "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri" layihələrindəki 10%-lik payı "BP Plc" və SOCAR-a 1,450 mlrd. dollara satıb.
İlki beşliyi "Lukoil" ASC ilə "INPEX Sothern Caspian Sea Ltd." arasında "Azəri-Çıraq-Günəşli" layihəsində 10%-lik payın alqı-satqısına dair bağlanan əqd qapayır. 2003-cü ilin aprelin 28-də Rusiya nəhəngi bu əqdə görə 1,354 mlrd. dollarından keçib.
2013-cü ilin martın 28-də "Azəri-Çıraq-Günəşli" layihəsinin 2,72%, Bakı-Tbilisi-Ceyhan layihəsinin isə 2,36%-lik səhm paketi "ONGC Videsh Ltd." şirkətinin nəzarətinə keçib. "ONGC Videsh Ltd." bu əqdə görə "Hess Corporation"a 1 mlrd. dollar ödəyib.
"Natoins Petroleum Company Ltd." ilə "Global Investment Energy" arasında bağlanan əqdin dəyəri 340 mln. dollar təşkil edir. Bununla sonuncu "Karasu Operating Company" şirkətində 85%, "Kura Valley Operating Company" şirkətində isə 80%-lik səhm paketi alıb. Əqd 2008-ci ilin fevralın 22-də bağlanıb.
2008-ci ilin fevralın 12-də Azərbaycan hökuməti 180 mln. dollar qarşılığında "Azertel Telekomunikasyon ve Yatırım Dış Ticaret" şirkətinə "Azercell Telekom B.M."-nin səhmlərinin 35,7%-ni satıb. Bu əqd reytinqin səkkizinci pilləsində qərarlaşıb.
"AzenOil Company BV" 2007-ci ilin iyunun 6-da "Russneft" şirkətinə "Binəqədi" layihəsinin 37,5%-ini 150 mln. dollara satıb.
Reytinqin sonuncu pilləsində "Baku-Castel" ASC-nin səhmlərinin 92,8%-nin satışına dair əqd yer alıb. Belə ki, 2008-ci ilin avqustun 25-də "Brasseries Internationales Holding (Eastern) Ltd." qeyd edilən səhm paketini "Baltika Breweries" ASC-yə 50 mln. dollar qarşılığında satıb.
© APA
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























