Mərkəzi Bank faiz qərarını açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul etmişdir. Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.
Bankın açıqlamasında deyilir:
Qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir etmişdir. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınmışdır:
İqtisadi aktivlik. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş vermişdir. Ticari sektor iqtisadi artıma daha çox töhfə vermişdir. Qeyri-neft sektorunun ticari sahələrində iqtisadi artım ümumilikdə 3%, o cümlədən qeyri-neft sənayesində 3.1%, kənd təsərrüfatında 2.8% olmuşdur. Qeyri-ticari sektorda iqtisadi artım 2.4%, o cümlədən ticarətdə 2.1%, turizmdə 3.2%, rabitə və informasiya sahəsində 6.2% təşkil etmişdir. Dövlətin investisiya tələbi və qeyri-neft məhsul və xidmət ixracının genişlənməsilə yanaşı istehlakçı inamının tədricən bərpası iqtisadi artıma müsbət təsir göstərmişdir.
Xarici balans və valyuta bazarı. İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.
Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötmüşdür.
Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Monetar şərait. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərmişdir. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artmışdır.
Monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olmuşdur. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş vermişdir.
Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunmuşdur. Cari ilin ötən dövründə Mərkəzi Bankın təşkil etdiyi qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələmişdir. Dövlət qiymətli kağızları bazarında da analoji vəziyyət müşahidə edilmişdir.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil etmişdir.
Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişmişdir.
İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olmuşdur.
Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunmuşdur.
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcəkdir.
UÇOT DƏRƏCƏSİ NƏDİR?
Məlumat üçün bildirək ki, uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.
Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

PAŞA Holding-in təşkilatçılığı ilə Türkiyədə “INMerge” İnnovasiya Sammitinin ikinci regional tədbiri keçirilib
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
13 saat sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Belarus mineral gübrələrin istehsalını planlaşdırır
-
1 saat əvvəl
“İstisu” mineral suyu yaxın zamanlarda Belarusda satışa çıxarılacaq
-
1 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PASHA Private Banking” Beynəlxalq Caz Gününə həsr olunmuş konsertin sponsorudur
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Azərbaycan Danimarkanın iri şirkətilə anlaşdı

Şirkətinizin uğuru sağlam və xoşbəxt işçilərdən asılıdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlanıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib

Azərbaycanın inşaat məhsulları istehsalçısı adını dəyişib
Ən çox oxunanlar

Növbəti dəfə fermerlərə ən aktiv dəstək olan bank seçilib

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Ələt hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq

Bank 36-cı filialını Balakəndə açdı
