Azərbaycanda kredit faizləri daha da artacaq - AUDİT NƏHƏNGİNDƏN XƏBƏRDARLIQ
Növbəti ildə Azərbaycanın bank sektorunun IFRS-9 (beynəlxalq maliyyə hesabatı) standartının tətbiqi ehtiyat ayırmalarının 15% artmasına gətirib çıxaracaq ki, bu da sonda kredit faiz dərəcələrinin 2-3 faiz bəndi artması ilə nəticələnə bilər.
Bu barədə “Deloitte Azerbaijan” audit şirkətinin risklərin idarə olunması, təhlükəsizlik və gizlilik üzrə məsul direktoru Tural Hacıyev məlumat verib. Onun sözlərinə görə, ancaq bu, banklardan asılıdır.
“IFRS-9 standartının tətbiqi ilə ehtiyatlar artacaq ki, bunun da sonda qiymətlərə təsir edib-etməməsi bankların seçimidir. Qiyməti artıran və artırmayan banklar olacaq. Elə banklar var ki, qiyməti faktiki müəyyənləşdirəndə daha çox zərərə gedib, daha az faizlə satış edəcək. Qiyməti artıranlar isə faiz dərəcələrini yüksəldəcək. Bu, bankların daxili qərarıdır. Bankların yarısı qiymət artımına gedəcəyini, digər yarısı artırmayacağını deyir", - deyə şirkət rəsmisi qeyd edib.
Ekspertin fikrincə, kreditin zərərini müştərilərə keçirməyən banklar da olacaq:
"Çünki faiz dərəcələri yuxarıdır. Düşünürəm ki, çoxları bu qərarı atacaq. Faizləri artırmamaq üçün banklar xərcləri azaltmalıdır. Bizim bank sisteminin faiz dərəcəsini götürsək, əsas amil əmanətlərin faizidir. Çünki manatla cəlb olunmuş vəsait 15%-dir. Onun da azalması vasitəsilə faizin artmaması mümkün ola bilər. Hesab edirəm ki, 2018-ci ildə vəziyyət stabil qalarsa, cəlb olunan vəsaitlər üzrə də faiz dərəcəsi azala bilər".
T.Hacıyev əlavə edib ki, IFRS-in tətbiqi ilə zərərlilik artacaq. Onun sözlərinə görə, IFRS-9-un tətbiqi Azərbaycanda hələ o qədər də aktiv deyil. Növbəti il IFRS-9 auditinin aparıldığı birinci audit ili olacaq. Tələb odur ki, 2018-ci ilin sonunda hesablamalar IFRS-9-a uygun olaraq aparılmalıdır. Yeni hesabatlar IFRS-9-da olan real rəqəmləri göstərəcək.
“IFRS-9-la bağlı işlər aparılır, daxili modellər var. Problem modellərin hansı məlumata əsaslanmasındadır. Tarixi məlumat çox azdır və düzgün hesablanıb-hesablanmaması böyük sualdır. Adi riteyl-müştərilərə verilən kreditlər üçün o qədər böyük problem olmayacaq. Əsas problem korporativ müştərilərlə, məlumatın lazımi səviyyədə olmaması ilə bağlıdır. Faktiki olaraq şirkətlərin balansı, mənfəət-zərər hesabatları reallığı əks etdirmir. Çox az şirkət var ki, real məlumatları var. Bu tarixçə 10-20 il olmalıdır ki, yaxşı təhlil aparılsın. Bizdə isə hələ ki, 5 ildən artıq yoxdur”.
© Report
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 saat sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























