Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Britaniya şirkəti Azərbaycanda iki sahə üzrə hasilat hüququnu uzatmayacaq

"Anglo Asian Mining" "Qoşa" və "Ordubad" müqavilə sahələrini Azərbaycan hökumətinə qaytaracaq
AzVak-mobil_resmin_ustu_31
Britaniya şirkəti Azərbaycanda iki sahə üzrə hasilat hüququnu uzatmayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining plc" şirkəti (AAM) "Qoşa" və "Ordubad" müqavilə sahələrini Azərbaycan hökumətinə qaytaracaq.

AAM-in yaydığı məlumata görə, bu addım Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) çərçivəsində qeyd olunan sahələrdə hasilat hüquqlarının müddətinin artıq başa çatması və ya yaxın vaxtlarda başa çatacağı ilə əlaqədardır.

Reklam_3_11

"Şirkət bu müddətin uzadılmasını tələb etməmək barədə qərar qəbul edib, bununla əlaqədar olaraq hər iki sahə dövlətə veriləcək. Aktivlər portfelinin yenidən nəzərdən keçirilməsi və qısamüddətli artım perspektivlərinin qiymətləndirilməsindən sonra AAM-də belə qənaətə gəliblər ki, yaxın illərdə "Qoşa" və "Ordubad" sahələrinin inkişafına vaxt və resursların yönəldilməsi şirkətin strateji maraqlarına cavab vermir. Bu sahələr AAM-in mövcud istehsal güclərindən xeyli uzaqda yerləşir və zəruri infrastruktura malik deyil", - məlumatda deyilir.

Bunun əvəzinə şirkət geoloji-kəşfiyyat işlərini fəaliyyətdə olan yataqların genişləndirilməsinə yönəltmək niyyətindədir ki, bu da artıq yaradılmış infrastrukturdan istifadə etməyə, həmçinin mövcud mədənlərin və emal güclərinin istismar müddətini uzatmağa imkan verəcək. Menecment və kapitalın bölüşdürülməsi üçün "Xarxar" və "Qaradağ" mis filizi layihələrinin istismara verilməsi prioritet istiqamət olaraq qalır.

Hazırda "Anglo Asian Mining" Azərbaycan hökuməti ilə HPBS-də zəruri düzəlişləri razılaşdırır, bu düzəlişlər daha sonra respublika parlamenti tərəfindən ratifikasiya olunmalıdır. Şirkətdən həmçinin qeyd ediblər ki, işlənmə hüquqlarının qaytarılması gələcəkdə "Qoşa" və "Ordubad" sahələrinə lisenziya almaq üçün təkrar müraciət etmək imkanını istisna etmir.

AAM 1997-ci ilin avqustunda imzalanmış HPBS çərçivəsində Azərbaycanda qiymətli metal və mis hasilatı həyata keçirir. Sazişdə Azərbaycan 51 %, "Anglo Asian Mining" isə 49 % pay sahibidir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Anglo Asian Mining AAM Qoşa müqavilə sahəsi Ordubad müqavilə sahəsi hasilat hüquqları sahələrin dövlətə qaytarılması Hasilatın Pay Bölgüsü haqqında Saziş HPBS Xarxar mis layihəsi Qaradağ mis layihəsi Azərbaycanda qızıl hasilatı Azərbaycanda mis hasilatı geoloji-kəşfiyyat işləri mədən sənayesi
19.11.2026 12:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19