970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

BOKT istiqrazlarının illik faizini 18%-dən 15%-ə endirib

“International” BOKT istiqraz faizini 3 faiz bəndi azaltdı, müddəti bir il qısaltdı
iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT istiqrazlarının illik faizini 18%-dən 15%-ə endirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank olmayan kredit təşkilatı “International” ASC üç istiqraz buraxılışının yekun şərtlərini dəyişib. İstiqrazlar üzrə illik faiz dərəcəsi 3 faiz bəndi azaldılaraq 18%-dən 15%-ə endirilib, tədavül müddəti isə 36 aydan 24 aya qısaldılıb.

Marja.az şirkətin ümumi yığıncağının 5 oktyabr 2026-cı il tarixli 3 saylı protokolundan çıxarışa istinadən xəbər verir ki, dəyişiklikləri “International” ASC-nin 10 min səhminin hamısına sahib olan yeganə səhmdarı Rifat Həsənov təsdiqləyib.

Reklam_3_11

İdarə Heyətinin sədri Nicat Həsənov dəyişiklik təklifini bazar şərtlərinin təhlili və təşkilatın maliyyə dayanıqlığının təmin edilməsi ilə əsaslandırıb.

Qərar Azərbaycan Mərkəzi Bankının 9 iyul 2026-cı ildə dövlət qeydiyyatına aldığı AZ2053021021, AZ2054021020 və AZ2055021029 nömrəli buraxılışlara, yəni 6, 7 və 8 saylı yekun şərtlərə aiddir. Protokolda hər birinin nominal dəyəri 100 manat olan 100 min ədəd adlı, faizli, sənədsiz və təmin edilməmiş istiqraz göstərilir.

Yeni şərtlərə əsasən, faizlər müvafiq buraxılış üzrə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək. Protokoldakı hesablama qaydasına görə, bir istiqraz üzrə 30 günlük faiz ödənişi 1 manat 25 qəpik təşkil edir. İstiqrazların nominal dəyəri ilk yerləşdirmə tarixindən 24 ay sonra ödəniləcək.

International BOKT International ASC International istiqrazları 15 faizli istiqraz istiqraz faizi 24 aylıq istiqraz faiz ödənişi təmin edilməmiş istiqrazlar Rifat Həsənov Nicat Həsənov
19.11.2026 11:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19