Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İnternet xidmətlərinin keyfiyyətinin və dayanıqlılığının daha effektiv monitorinqi, eləcə də operator və provayderlərin fəaliyyəti barədə daha dolğun məlumat bazasının formalaşdırılması məqsədilə uçot qaydaları təkmilləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 13 noyabr tarixli 382 nömrəli Qərarı ilə “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edilib.

Reklam_3_11

Dəyişikliklərə əsasən, uçota alınma üçün ərizə ilə müraciət edən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər bir sıra sənədlər təqdim edəcəklər. Buraya xidmətin təşkili üçün qurulmuş telekommunikasiya şəbəkəsində istismar olunan telekommunikasiya vasitələri, şəbəkənin strukturu, abunəçi tutumunun həddi və istismara verilməsi mərhələləri barədə məlumatlar, telekommunikasiya şəbəkəsinin vektor xəritəsi, internet telekommunikasiya xidmətinin keyfiyyətinə və dayanıqlılığına nəzarət sisteminə malik olması barədə sənədlərin surəti daxildir. Eyni zamanda xidmət göstərilən istifadəçi kateqoriyası, eləcə də xidmətin topdan, pərakəndə və ya yenidən satış formasında təqdim olunması barədə məlumatlar da uçota alınma üçün ərizədə əks etdiriləcək.

Dəyişikliklərə əsasən, uçota alınmış operatorlar və provayderlər barədə ictimaiyyətə açıqlanan məlumatların dairəsi də genişləndirilib. Belə ki, digər məlumatlarla yanaşı operator və provayderlərin fəaliyyətinin əhatə dairəsi, hüquqi və fəaliyyət ünvanı, internet informasiya ehtiyatı, fəaliyyət növü, telefon nömrəsi, elektron poçt ünvanı və müqavilə nümunəsi ictimaiyyət üçün əlçatan olacaq.

Yeni yanaşma İKTA-nın internet xidmətləri bazarında faktiki vəziyyəti daha dəqiq qiymətləndirməsinə, xidmət əhatəsinin və şəbəkə infrastrukturunun inkişafını məlumat əsaslı izləməsinə, keyfiyyət və dayanıqlılıq göstəriciləri üzrə monitorinq imkanlarının gücləndirilməsinə şərait yaradacaq. Nəticədə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq.

17.11.2026 16:24
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19