970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xəzər sahilində torpaq zəbtinə qarşı yeni hüquqi mexanizmlər hazırlanacaq

Xəzər sahilində torpaq və tikililər rəqəmsal xəritəyə salınacaq.
AzVak-mobil_resmin_ustu_31
Xəzər sahilində torpaq zəbtinə qarşı yeni hüquqi mexanizmlər hazırlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı müvafiq Fərman imzalayıb. Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.

Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, son illərdə Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi, habelə Xəzər dənizinin geri çəkilməsi bu sahədə dövlət idarəetməsinin və gündəmə gələn ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2026-cı il tarixli Fərmanına əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.

Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Yeni yanaşmanın əsas məqsədi torpaqların idarə olunmasında səmərəliliyin artırılması, bu sahədə iştirak edən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkili, sahilboyu ərazilərin qorunması məqsədilə mühafizə və nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq və hesabatlılığın təkmilləşdirilməsini təmin etməkdir.

Fərmanda öz əksini tapmış yeniliklər sırasında sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı “Rəqəmsal sahil idarəetməsi” informasiya sisteminin yaradılmasıdır.

Digər dövlət informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulan bu sistem həm koordinasiyalı fəaliyyətin təşkili ilə bağlı zəruri inzibati icraat prosedurlarının, eyni zamanda əhaliyə göstəriləcək xidmətlərin rəqəmsal platforma üzərindən təşkilinə imkan yaradacaq.

Əhaliyə, o cümlədən sahibkarlara göstəriləcək xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili nəzərdə tutulur ki, bu da torpaq istifadəçiliyi ilə bağlı məsələlərin daha çevik və distant şəkildə həll edilməsini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.

Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırmanın aparılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində vahid yanaşmanın beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi nəzərdə tutulur.

Qeyd edilib ki, eyni zamanda, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bu sahədə qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlərin işlənilməsi də nəzərdə tutulur. Görüləcək tədbirlər sahilboyu ərazilərin davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına, şəffaflığın və effektivliyin artırılmasına töhfə verəcək.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Xəzər dənizi Xəzərin sahilboyu əraziləri Rəqəmsal sahil idarəetməsi Əmlak Məsələləri Dövlət Xidməti sahilboyu ərazilərin zonalaşdırılması Xəzər sahilinin hüquqi statusu sahil torpaqlarının idarə edilməsi rəqəmsal sahil xəritəsi coğrafi informasiya sistemi bir pəncərə torpaqların qanunsuz zəbt edilməsi sahilboyu ərazilərin mühafizəsi
17.11.2026 12:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19